"AzMuhasib v1.0" (tək istifadəçi) proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq kiçik və orta sahibkarlıq subyektləri üçün mühasibat uçotunun "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları" əsasında aparılmasını təmin edir.
Proqramda müxtəlif sahələr üzrə hesablar planı və maliyyə hesabatları mövcuddur.
Proqramda köhnə hesablar planı əsasında da uçot qurmaq mümkündür.
Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.
Məlumatları qabaqcadan hazırlanmış şablonlar (standart müxabirləşmələr) vasitəsi ilə daxil etmək, istənilən hesab üzrə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.
"AzMuhasib v1.0" proqramının blok-sxemi və modulları aşağıdakılardan ibarətdir:
Hesablar planı. Hesablar planı 3 dildə təqdim edilir.
Memorial order. Müxabirləşmələr memorial orderə işlənir.
"Memorial order" əsasında bütün uçot registrləri və maliyyə hesabatları avtomatik hazırlanır:
Baş hesablar və subhesablar üzrə dövriyyə cədvəlləri
Debitorlar və kreditorlar üzrə dövriyyə cədvəli
Təhtəl-hesab şəxslər üzrə dövriyyə cədvəli
Avans hesabatı
Kassa hesabatları
Debitorlar və kreditorlar üzrə analitik uçot
Satış üzrə analitik uçot
Xərclər maddələri üzrə hesabat
Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
Maliyyə hesabatları. Balans hesabatı kimi, digər maliyyə hesabatları da müxabirləşmələrin nəticəsində avtomatik əldə edilir.
Kassa sənədləri:
Kassir hesabatı
Hesab-faktura
"AzMuhasib v1.0" proqramının üstünlükləri:
Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmışdır, hazır hesablar planı və maliyyə hesabatları var
Azərbaycan, Rus və İngilis dillərində işləmək, həmin dillərdə hesabat alaraq Excel proqramına eksport etmək imkanı var
Proqram sadə və rahat interfeysə malikdir
Diqqət:
Proqrama əlavə olaraq, "Əmək haqqı", "Anbar" və "Əsas vəsaitlər" modulları daxildir. Bu modullarda vahid kataloqlarlardan (personal, kontragentlər) istifadə edilir. Proqram interfeysinin rahat və sadə formada olması məqsədilə, texniki məsələlərin istifadəçi üçün əlçatanlığı nöqteyi nəzərindən modulların "AzMuhasib v1.0" modulunda olan müxabirləşmələrlə əlaqəsi (inteqrasiyası) işlənməyib.
![]()
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə iş təcrübəsi az olan istifadəçilər tərəfindən qısa müddətdə mənimsənilməsinə zəmanət verilir
| Tweet |