"Ticarət" proqramı

 "Ticarət" proqramı müəssisə və təşkilatların anbarlarında, topdansatış və pərakəndə ticarət müəssisələrində mal-material və pul vəsaitləri uçotunun aparılması, borclara nəzarət edilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında geniş hesabatların əldə edilməsi üçün operativ proqramdır

Bütün sənədlər və hesabatlar MS Excel proqramına eksport edilir.

Proqramda istənilən sayda obyekt (anbar, mağaza, sex və s.) yaratmaq və obyektlər arası yerdəyişmə etmək mümkündür.

İstehsalat bölməsində sərf olunan xammal və materialların silinməsi və bunun müqabilində hazır məhsullun mədaxil edilməsi mümkündür.

 

Alınmış və yaxud satılmış malların geri qaytarılması imkanı var.

Malların həm miqdar, həm də qablaşdırılmış formada qutu sayına görə hesabatlarını əldə etmək mümkündür. 

Malların uçotu istənilən valyutada aparıla bilər. Hər bir valyutanın məzənnəsi xronoloji qaydada qeyd edilir və hesabatlar tarixə uyğun olaraq müvafiq məzənnədə alınır.

Hər bir kontragentlə qarşılıqlı borc onunla razılaşdırılmış valyutada aparılır. Əməliyyatlar müxtəlif valyutalarda aparıldıqda, proqramda hər bir müştəri üzrə qarşılıqlı borc onunla razılaşdırılan valyutaya uyğun olaraq hesablanır.

Proqramda istənilən sayda kassa, bank hesabı, kart qeydiyyata almaq mümkündür. Hər bir kassa, bank hesabı və kart üzrə müxtəlif valyutalarda uçot aparmaq və ayrılıqda açılışları almaq mümkündür.

Mal və pul əməliyyatlarının nəticəsi borc jurnalında kontragent hesabatlarında əksini tapır.

 Proqramda malların mədaxili və məxarici (satışı) əməliyyatlarını barkod oxuyan skaner vasitəsilə həyata keçirmək mümkündür. Mədaxil olunarkən barkodu olmayan mallara sərbəst qaydada istənilən kodu vermək olur.

Malları qruplar və tiplər səviyyəsində təsnifləşdirmək mümkündür.

Proqramın yeni nəsil nəzarət-kassa aparatları ilə inteqrasiyası mümkündür.

Proqramın işlədilməsi üçün mühasibatlıq sahəsində nəzəri bilik tələb olunmur. Müəssisənin strukturuna və iş prosesinə bələd olan istənilən şəxs proqramı rahatlıqla idarə edə bilər.

Proqram daimi lisenziyalıdı və heç bir əlavə aylıq (illik) xidmət haqqı tələb edilmir.

Müştərilərə online servis xidməti göstərilır.

Proqramın istismarı dövründə istənilən vaxt ödənişsiz məsləhətlər verilir.

     

"Ticarət" proqramının standart paketinə aşağıdakı modullar daxildir:

      Mal əməliyyatları:

 Malların mədaxili

 Malların məxarici (satışı)

 Malların malgöndərənlərə geri qaytarılması (malların məxarici)

 Malların alıcılardan geri alınması (malların mədaxili)

 Malların obyektlər arasında yerdəyişməsi (məxaric və mədaxil)

 Xammal və materialların istehsalatda silinməsi və hazır məhsulun mədaxili (məxaric və mədaxil)

       Pul əməliyyatları:

  Pul vəsaitlərinin mədaxili

  Pul vəsaitlərinin məxarici 

  Pul vəsaitlərinin yerdəyişməsi

    

Hesabatlar: 

 Malların mədaxili və məxarici hesabatları  

 Malların hərəkəti  cədvəlləri

 Malların qalığı  haqqında hesabat

 Malların yenidənqiymətləndirilməsi haqqında hesabat

 Pul obyektləri (kassalar, banklar, kartlar) üzrə vəsaitlərin hərəkəti və qalıqları

 Xərclər hesabatı 

 Pul obyektləri (kassalar, banklar, kartlar) arasında vəsaitlərin yerdəyişməsi hesabatı

 Kontragentlər üzrə borclar

 Satışdan əldə edilən gəlir hesabatları

 Balans 

 

    

        Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə iş təcrübəsi az olan istifadəçilər tərəfindən qısa müddətdə mənimsənilməsinə zəmanət  verilir

      

     Əlaqə