Əmək haqqı

     

"Əmək haqqı" mövcud qanunvericiliyə uyğun olaraq işçilərə əmək haqqı hesablamalarının aparılması üçün hazırlanmışdır.  

Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir və aşağıdakı funksiyalardan ibarətdir: 

  

 İşçilərin ştat cədvəli və qeydiyyatı

 İşçilərin vəzifələrə təyinatı və aylıq maaşların qeydiyyatı

 Tənzimləmə bölməsində məzuniyyət, xəstəlik, mükafat, maddi yardım və digər maddələrin qeydiyyatı

 Tənzimləmə bölməsində qanunvericiliyin son tələblərinə uyğun olaraq əmək haqqından icbari tutulmaların qeydiyyatı (gəlir vergisi, sosial sığorta haqqları, tibbi sığorta haqqları, işsizlik müavinəti, həmkarlar təşkilatına ayırmalar)

 Tənzimləmə bölməsində müxtəlif digər əlavə və tutulmaların qeydiyyatı (mükafat, maddi yardım, aliment, kredit və s.)

 Hər bir işçi üzrə sığortaedənin vəsaiti hesabına ödənilən icbari sosial sığorta haqqlarının hesablanması (cədvəl üzrə)

 Hesablamalarda qanunvericiliklə işçilərə nəzərdə tutulan güzəştlərin və digər əlavə şərtlərin nəzərə alınması

 Hər bir işçi üçün iş qrafik və qrafikə uyğun əmək haqqı hesablanması

İstənilən dövr üçün hesablama cədvəli, ödəniş cədvəli, hər bir işçinin haqq-hesab vərəqəsi formaları

 Əmək haqqı hesablamaları cədvəli (Hesablamalar, Tutulmalar və Ödəniş)

 Hesablamalar “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanununa edilmiş dəyişikliklərə uyğun olaraq aparılır.