"Əsas vəsaitlər" proqramı idarə müəssisə və təşkilatlarda əsas vəsaitlərin uçotunun aparılması üçün nəzərdə tutulmuşdur.
Proqramda uçota alınmış hər bir əsəs vəsait üzrə qanunvericilikdə nəzərdə tutulmuş normalara əsasən köhnəlmə hesablanır. Köhnəlmə normalarını əsas vəsaitin daxil olduğu qrup üzrə və ya hər bir əsas vəsait üçün ayrı-ayrılıqda təsadiq etmək və gələcəkdə dəyişmək mümkündür.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZ və RU şriftlərində işləmək mümkündür.
Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.
Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.
Proqram aşağıdakı bölmələrdən ibarətdir:
Əsas vəsaitlərin mədaxili
Əsas vəsaitlərin istismara verilməsi
Əsas vəsaitlərin məxarici - silinməsi, yerdəyişməsi və icarəyə verilməsi
Əsas vəsaitlərin qrupları üzrə köhnəlmə normaları
Əsas vəsaitlərin çeşidləri üzrə köhnəlmə normaları
Əsas vəsaitlərin əsaslı təmirlə və digər səbəblərlə əlaqədar olaraq yenidənqiymətləndirilməsi
Maddi-məsul şəxslər üzrə əsas vəsaitlərin bölüşdürülməsi
Əsas vəsaitlərə inventar nömrələrin verilməsi
Proqramda aşağıdakı hesabat formalarını almaq mümkündür:
Əsas vəsaitlərin aylıq, rüblük, illik hərəkər cədvəli və köhnəlmə səbəbləri
Əsas vəsaitlərin qruplar və çeşidlər üzrə hərəkət cədvəli və köhnəlmə məbləğləri
Əsas vəsaitlərin istənilən tarixə və qalıq dəyərləri, köhnəlmə məbləğləri
Əsas vəsaitlərin maddi - məsul şəxslər üzrə qalıqları
Əsas vəsaitlərin silinməsi, satış və icarəyə verilməsi haqqında hesabatlar
Əsas vəsaitlərin nəticəsində yaranmış mənfəət və ya zərər haqqında hesabat
Əsas vəsaitin silinməsi aktı
Əsas vəsaitlərin mədaxili və məxarici üzrə qaimələr
Əsas vəsaitlər haqqında illik hesabat cədvəli (Excel faylına bax)
Əsas vəsaitlərin köhnəlməsi mövcud təlimatlara əsasən, hər ilin əvvəlinə çıxarılmış qalıq dəyərinə əsasən hesablanır. Köhnəlmə hesablanarkən yenidənqiymətləndirmə də nəzərə alınır
Tweet |