"AzMuhasib v2.0" (şəbəkə) proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq korporativ təşkilatlarda mühasibat uçotunun "Milli Mühasibat Uçotu Standartları" əsasında avtomatlaşdırılması məqsədilə yaradılmışdır.
Proqram mülkiyyət formasından asılı olmayaraq bütün sahələrin - büdcə, kommersiya, qeyri-hökümət təşkilatları, siyasi partiyalar və s. müəssisə və təşkilatların mühasibat uçotunun avtomatlaşdırılmasını təmin edir.
Proqramda həm köhnə, həm də Beynəlxalq Standartlara uyğun hesablar planı əsasında uçot qurmaq olur. Hal-hazırda proqramın büdcə, kommersiya təşkilatları , siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun xüsusi modulları mövcuddur.
Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.
Məlumatları sərbəst şəkildə və ya qabaqcadan hazırlanmış şablonlar (sadə və mürəkkəb yazılışlar forması) vasitəsi ilə daxil etmək və hesablar üzrə 3 səviyyədə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.
Proqram MS SQL bazasında local şəbəkədə işləyir. Proqram MS Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir və "unicode" şriftlərini dəstəkləyir.
"AzMuhasib v2.0" proqramı aşağıdakı modullardan ibarətdir:
Mühasibat yazılışlarının əməliyyat jurnalına işlənməsi, sənədlərin və hesabatların avtomatik hazırlanması:
Hesablar planı
Əməliyyat jurnalı
Baş kitab
Baş hesablar və subhesablar üzrə dövriyyə cədvəlləri və açılışlar
Kontragentlər və hesablar üzrə borcların hərəkəti və analitik hesabatlar
Müxtəlif valyutalarda və manatla bank hesabları üzrə dövriyyə cədvəlləri və pul vəsaitlərinin açılışları
Xərc maddələri və hesablar üzrə dövriyyə cədvəlləri və açılışlar
Təhtəl-hesab şəxslər və hesablar üzrə analitik uçot
Hesabların jurnalları
Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
Balans
Büdcə, kommersiya təşkilatları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun Maliyyə hesabatlarının avtomatik tərtibatı
"AzMuhasib v2.0" proqramının fərqləndirici xüsusiyyətləri:
Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış yerli proqram təminatıdır
Proqram yerli mütəxəssislər tərəfindən dəstəklənir
Azərbaycan, rus və ingilis dillərində işləmək olur və həmin dillərdə hesabat alınır
MS Excel proqramına eksport etmək imkanı var
Hazır proqram təminatıdır və istifadəçi səviyyəsində nizamlama imkanları sadə və rahatdır
Maliyyə hesabatlarında müvafiq əlavə və dəyişikliklər bilavasitə istifadəçilər tərəfindən icra edilə bilər
Proqramın mənimsənilməsi və uçotun qurulması qısa bir müddətdə başa gəlir
Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir
Tweet |