Kreditlə mal satıldıqda və yaxud kreditə pul vəsaiti verildikdə, kredit verilmə müddəti və illik faiz dərəcəsi göstərilməklə avtomatik qaydada müştəri üçün "Kredit ödənişi cədvəli" tərtib edilir və aylar üzrə hesablamalar aparılır.
Müştəri kredit borcunu ödədiyi halda proqrama daxil edilir və hesabatlarda müvafiq aylarda əksini tapır.
Proqramda istənilən sayda kassa, bank hesabı qeydiyyata alına bilər. Hər bir kassa və bank hesabı üzrə müxtəlif valyutalarda uçot aparmaq, pul vəsaitinin qalığı və hərəkəti haqqında hesabatlar əldə etmək və ayrılıqda açılışlar əldə etmək mümkündür.
Hesabatlarda gecikdirilmiş və ya vaxtından əvvəl ödənilmiş borclar haqqında məlumat əldə etmək mümkündür.
Hesablama və ya kassa metodu tətbiq edən müəssisələrdə əsas məbləğ və faizlər üzrə aylıq məlumatlat əldə etmək mümkündür.
Kreditlə mal satıldıqda, malların qalığı və hərəkəti haqqında hesabatlar əldə etmək mümkündür.
Mallar kreditə satış qiymətilə buraxıldıqda, satışdan əldə edilən gəliri hesablamaq mümkündür.
Proqramda müəssisənin xərclərinin maddələr üzrə uçotunu aparmaq və hesabatlar əldə etmək mümkündür.
| Tweet |