"İstehsal və satış" proqramı

"İstehsal və satış" proqramı istehsal müəssisələrində (ictimai iaşə, istehsal sexləri və s.) xammal və materialların, kassada (bankda) pul vəsaitlərinin, kontragentlərlə qarşılıqlı borcların və hazır məhsulların satışının uçotunun aparılması üçün nəzərdə tutulmuşdur. Proqramda hazır məhsulun maya dəyəri və satışı məlumatları əsasında təsərrüfat fəailiyyətinin nəticələri haqqında hesabat almaq mümkündür.

Proqramın interfeysi azərbaycan və rus dillərindədir.

Proqramın Strukturu

Istehsalatda (mətbəxdə, sexdə) hazır məhsulun istehsalı ilə əlaqədar olaraq xammalın silinməsi proqramda avtomatik yerinə yetirilir. Bunun üçün qabaqcadan hər bir hazır məhsulun tərkibinə daxil olan xammal normaları (resepturalar) işlənilir. Hazır məhsulun maya dəyəri onun hazırlanmasına normalar əsasında sərf olunmuş xammal və materialların maya dəyərinin toplanaraq kalkulyasiya edilməsi nəticəsində əldə olunur. Xammal və materialların silinməsi və hazır məhsulun kalkulyasiyası hazır məhsulun satışı anında baş verir.

Xammalın bir obyektdən digərinə yerdəyişməsi mümkündür. Xammal və materialların istənilən dövr üçün hərəkəti, qalığı haqqında hesabatlar almaq imkanı var.

Müştərilər tərəfindən və yaxud müəssisə tərəfindən borca görə ödənilən məbləğlər proqramın kassa modulunda müvafiq olaraq mədaxil və məxaric orderlərində işlənilir və avtomatik olaraq borcların bağlanmasına yönəldilir. Hər bir satış qaiməsi üzrə borclar hissə-hissə ödənilə bilər və nəzarət imkanı var. Borc hesabatları müştəri siyahısı üzrə və hər bir müştəri üzrə detallı şəkildə əldə olunur.

Mədaxil və məxaric olunan məbləğlər kassa və bank hesabatlarında hərəkət və qalıq cədvəllərində əks olunur.

Işlənilmiş məlumatların son nəticəsi müəssisənin gəliri və zərəri haqqında ətraflı məlumat almaq imkanı verir.

"İstehsal və satış" proqramını işlətmək üçün xüsusi mühasibatlıq biliyi tələb olunmur. Kompüter təcrübəsi olan və müəssisənin iş strukturuna bələd olan hər bir istifadəçi proqramı qısa müddətdə mənimsəyə bilər.

Əlaqə