6.6. Işçilərə əmək haqqı hesablanması qaydaları
Işçilərə əmək haqqı hesablanması prosesi proqramda formalaşdırılmış məlumat bazalarından istifadə edilməklə, avtomat rejimdə yerinə yetirilir. Əmək haqqı hesablamaq üçün proqramın əsas menyusunun "Hesabat" bölməsində "Əmək haqqı hesablamaları elementini seçmək lazımdır."


Şəkil 90. "Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqunun ekranda görünüşü: dialoqda müəssisənin bütün işçilərinə 2002-ci ilin oktyabr ayına aid əmək haqqı hesablanmış və onun cədvəl hissəsində "Gəlirlər" bölməsi əks olunmuşdur.

Bu zaman ekranda "Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" adlı dialoq açılır. Dialoqun ilk açılışı fomasında onun yuxarı hissəsində "Ay", "Il", "Şöbə", "Vəzifə" və "Soyad/Ad" adlı 5 yuva görünür. Bu yuvalarda məlumatların necə tənzimlənməsindən asılı olaraq, dialoqda əmək haqqı aşağıda göstərilən 2 formada hesablana bilər:
1.Dialoqda yalnız 1 nəfərə əmək haqqı hesablanır;
2.Müəssisədə çalışan bütün işçilərə əmək haqqı hesablanır.

Əgər dialoqda yalnız 1 nəfərə əmək haqqı hesablamaq lazım gələrsə, onda dialoqun yuxarısındakı bütün yuvalarda müvafiq məlumatlar daxil edilməlidir. Əks halda, yəni müəssisədə çalışan bütün işçilərə əmək haqqı hesablamaq lazım gəldikdə, dialoqun yuxarısındakı "Ay" və "Il" yuvalarında məlumatlar daxil edilir, digər yuvalar isə boş saxlanır. Hər iki halda "OK" düyməsi basıldıqda, dialoqda əmək haqqının hesablanması prosesinin gedişatını göstərən indikator əks olunur, hesablama prosesi başa çatdıqdan sonra, dialoqun cədvəl hissəsi açılır və orada hesablama nəticəsində alınmış məlumatlar əks olunur.

"Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqunda məlumatlar, hər biri cədvəl hissəsinin yuxarısında görünən müvafiq yarlıq vasitəsi ilə açılan 3 bölmədə əks olunur:
-Gəlirlər;
-Xərclər;
-Məbləğ.

Dialoqun "Gəlirlər" bölməsində işçiərə hesablanmış əmək haqqı məbləğləri ayrı-ayrı növlər üzrə və cəmi fomasında ayrı-ayrı müvafiq sütunlarda əks olunur. Burada əsas və əlavə vəzifə üzrə əmək haqqı məbləği ilə yanaşı, məzuniyyət haqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət (xəstəlik müavinəti), mükafat, maddi yardım və digər bu kimi öədənclər də yaır-ayrı sütunlarda əks olunur. Bu sütunlar dialoqun cədvəl hissəsinin aşağısındakı hərəkət düyməsi vasitəsi ilə ekranın görünən hissəsinə gətirilə bilər.

"Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqu "Gəlirlər" bölməsinin ekranda görünüşü şəkil 90-da verilmişdir. Burada əks olunan əsas və əlavə vəzifə maaşı məbləğləri, müəssisənin ştat cədvəlində müəyyən edilmiş aylıq vəzifə maaşı haqqında, eləcə də işçilər və iş vaxtından istifadə haqqında proqrama daxil edilmiş məlumatlar əsasında hesablanır.

Dialoqun "Xərclər" bölməsində işçilərin əmək haqqından tutulmalar haqqında məlumatlar əks olunur. Burada əmək haqqından tutulan gəlir vergisi, pensiya fonduna və həmkarlar təşkilatına üzvlük haqqı, əvvəllər alınmış avans məbləği və digər tutulmalar ayrı-ayrı sütunlarda göstərilir və onların cəmi məbləği əks olunur. Gəlir vergisi məbləği və digər tutulmalar proqramın məlumat bazasına daxil edilmiş müvafiq məlumatlar əsasında hesablanır.

Dialoqun "Xərclər" bölməsi şəkil 91-də əks olunmuşdur.

Dialoqun "Məbləğ" bölməsində işçilərə veriləsi əmək haqqı məbləği əks olunur. Bu bölmədəki məbləğlər "Gəlirlər" və "Xərclər" bölmələrindəki "Cəmi" sütunlarında əks olunmuş məbləğlərin fərqi kimi hesablanır.


Şəkil 91. "Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqu "Xərclər" bölməsinin ekranda görünüşü.

Dialoqun "Məbləğ" bölməsi şəkil 92-də əks olunmuşdur. Şəkillərdən göründüyü kimi, dialoqun hər 3 bölməsində işçilərin tabel nömrəsi, soyadı və adı, tutduğu vəzifə və çalışdığı şöbənin adı sabit formada əks olunur.

"Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqunda əks olunmuş məlumatların daha geniş formada nəzərdən keçirilməsi üçün imkanlar mövcuddur. Kursoru dialoqun cədvəl hissəsində hər hansı bir işçiyə aid olan sətrə gətirib, dəstəyin sol düyməsini iki dəfə dalbadal basdıqda, ekranda həmin şəxsə aid hesablanmış məbləğlərin tərkib hissələrini göstərən dialoq açılır.

2002-ci ilin oktyabr ayında müəssisənin direktor müavini vəzifəsində çalışmış Hüseynov Mübariz Şamil oğluna aid əmək haqqı hesablama və tutulma məbləğləri daha geniş formada şəkil 93-də görünən dialoqda əks olunmuşdur. Bu dialoqda kursoru ayrı-ayrı məbləğlərin üzərində saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal basdıqda və ya dialoqun yuxarı hissəsində verilmiş alətlər panelində soldan birinci işarəni canlandırdıqda, ekranda həmin məbləğin necə hesablanmasını əks etdirən məlumat tablosu açılır. Bu tabloda əks olunmuş məlumatları nəzərdən keçirmək və çap etmək mümkündür.


Şəkil 92. "Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqu "Məbləğ" bölməsinin ekranda görünüşü.

"Aylıq hesablamalar (Əmək haqqı hesablamaları)" dialoqunda alınmış əmək haqqı cədvəllərini çap etmək üçün dialoqun aşağı hissəsindəki çap düyməsini basmaq və bu zaman açılan alt menyuda verilmiş aşağıdakı bəndlərdən hər hansı birini seçmək lazımdır:
-Personal;
-Ödəniş cədvəli;
-Şöbələr;
-Ümumi hesabat.

"Personal" bəndini seçdikdə, ekranda, dialoqun cədvəl hissəsində kursorun üzərində dayanmış olduğu sətirdəki şəxsə aid haqq-hesab vərəqəsi açılır.

"Ödəniş cədvəli" bəndini seçdikdə, ekranda, işçilərə əmək haqqı vermək üçün ödəniş cədvəli açılır.

"Şöbələr" bəndini seçdikdə, əmək haqqı ödəniş cədvəli ekranda müəssisənin ayrı-ayrı şöbələri üzrə əks olunur.

"Ümumi hesabat" bəndini seçdikdə, ekranda, işçilərə əmək haqqı hesablanmasına dair ümumi göstəricilərin əks olunduğu ödəniş cədvəli açılır.