6.4. Iş vaxtı haqqında məlumatların formalaşdırılması qaydaları
"Əmək haqqı" proqramı işçilərin işlədikləri iş vaxtının uçota alınıb-alınmamasından asılı olaraq, iki formada fəaliyyət göstərə bilər. Bunlardan birincisində işçilərin işlədikləri faktiki iş vaxtı uçota alınır və proqrama daxil edilmiş iş vaxtı norması ilə müqayisə edilərək, əmək haqqı hesablamaları aparılır. Ikinci formada iş vaxtı uçota alınmır və ona görə də əmək haqqı hesablamaları iş vaxtından asılı olmadan aparılır. Proqramın fəaliyyətinin göstərilən formalarından birini seçmək üçün əsas menyunun "Nizamlama" bölməsindəki "Iş vaxtı" elementinə məxsus olan alt menyuda "Tətbiq olunur" və "Tətbiq olunmur" bəndlərindən müvafiq olanı seçilir.

Həmin alt menyuda "Tətbiq olunur" bəndini seçdikdə, proqramın əsas menyusunda, eləcə də digər müvafiq dialoqlarda iş vaxtı ilə əlaqədar olan element, alətlər panelində isə müvafiq işarə görünür, əks halda həmin element və işarə görünmür. Başqa sözlə, proqramda "Iş vaxtının uçotu tətbiq olunur" variantı seçildikdə, onun lazımi hissələrində iş vaxtının qeydiyyatı və əmək haqqı hesablamalarında istifadə edilməsi üçün imkanlar açılır. Əks halda isə belə imkanlara ehtiyac olmur.

Proqramda iş vaxtının uçotu tətbiq olunduqda, müəssisədə çalışan ayrı-ayrı işçilər barədə iş vaxtı məlumatları qeydə alınmalıdır. Ayrı-ayrı işçilər üzrə iş vaxtı məlumatlarının qeydə alınması üçün əsas menyunun "Əməliyyat" bölməsində "Iş vaxtı" elementi seçilir və ya alətlər panelində soldan 4-cü işarə ( "Iş vaxtı" işarəsi) canlandırılır. Bu zaman ekranda "Aylıq iş vaxtı" dialoqu açılır. Bu dialoq müəssisədə çalışan işçilərin aylıq iş vaxtı haqqında məlumatların iş günü və ya saat hesabı ilə formalaşdırılması üçün nəzərdə tutulmuşdur. Dialoqun ilk açılışı formasında onun yuxarı hissəsində ay, il, şöbə, vəzifə və soyad\ ad seçimi üçün nəzərdə tutulmuş yuvalar, aşağı hissəsində isə dialoqu idarə etmək üçün düymələr görünür. Əgər yuxarıda görünən yuvalarda ay və il seçilərək, digər yuvalar boş saxlanaraq, "OK" düyməsi basılarsa, onda dialoqda müəssisənin bütün işçiləri üzrə aylıq iş vaxtı cədvəli açılacaqdır.


Şəkil 85. "Aylıq iş vaxtı" dialoqunun ekranda görünüşü: dialoqda 2002-ci ilin oktyabr ayında direktor müavini vəzifəsində calışmış Hüseynov Mübariz Şamil oğluna aid iş vaxtı göstəriciləri proqrama daxil edilmək üçün hazırlanmışdır.

Bu cədvəldə konkret işçilər üzrə iş vaxtı məlumatlarını daxil etmək üçün kursoru həmin işçiyə aid olan sətrə gətirib, "Dəyişmək" düyməsini basmaq və bu zaman açılan kiçik alt menyuda "Ümumi" bəndini seçmək lazımdır. Bu zaman dialoqun yuxarı yarısında həmin işçiyə aid iş vaxtı göstəricilərinin daxil edilməsi üçün nəzərdə tutulmuş çoxsaylı yuvalar açılır. Bu yuvalarda iş vaxtına aid gün və ya saat hesabı ilə müvafiq göstəricilər daxil edilərək, "OK" düyməsi basılır və beləliklə, həmin işçiyə aid iş vaxtı göstəriciləri "Aylıq iş vaxtı" dialoqunun cədvəl hissəsinə daxil edilir.

2002-ci ilin oktyabr ayında direktor müavini vəzifəsində çalışmış Hüseynov Mübariz Şamil oğluna aid iş vaxtı göstəricilərinin daxil edildiyi "Aylıq iş vaxtı" dialoqunun ekranda görünüşü şəkil 85-də əks olunmuşdur. Burada iş vaxtı göstəriciləri gün hesabı ilə daxil edilmişdir.

Işçilərin iş vaxtı göstəricilərini çap etmək üçün dialoqun aşağı hissəsindəki çap düyməsindən istifadə edilir.


Şəkil 86. Hüseynov Mübariz Şamil oğlunun 2002-ci ilin oktyabr ayına aid iş vaxtı qrafiki əks olunmuş dialoqun ekranda görünüşü: dialoqda oktyabr ayının ilk 3 gününə aid iş dövrü (iş saatları) göstəriciləri formalaşdırılmış, qalan günlər üzrə bu göstəricilər daxil edilməmişdir.

Proqramda iş vaxtının ümumi göstəricilərindən başqa, ayrı-ayrı konkret işçilər üzrə iş vaxtı qrafikinin tərtib olunması imkanı da mövcuddur. "Personal\ Qeydiyyat" dialoqunun alətlər panelindəki "Qrafik" işarəsini canlandırdıqda, ekranda seçilmiş işçiyə aid iş vaxtı qrafikinin tərtib edilməsi üçün nəzərdə tutulmuş dialoq açılır. Həmin dialoqda qrafik tərtib edilən ayın başlanğıc tarixi və təqvim günlərinin sayı daxil edilərək, "OK" düyməsini basdıqda, dialoqda həmin aya aid təqvim açılır. Dəstəyin işarəsini istirahət və bayram günlərinin üzərində saxlayıb, sol düyməni basmaqla, həmin günü istirahət günü kimi qeyd etmək olur. Əgər təqvimdə iş saatlarını qeyd etmək lazım gələrsə, onda dəstəyin işarəsini təqvimin aşağı sətrində "0" rəqəmi yazılmış müvafiq düymənin üzərində saxlayıb, dəstəyin sol düyməsini basmaqla açılan dialoqda iş saatlarının dövrü göstərilir. Bunun üçün həmin dialoqda "Yeni" düyməsi basılır və açılan yuvalarda iş vaxtının başlanğıc və son saatları qeyd olunaraq, "OK" düyməsi basılır.


Şəkil 87. Hüseynov Mübariz Şamil oğlunun 01 oktyabr 2002-ci il tarixli iş gününə aid iş saatları əks olunmuş dialoqun ekranda görünüşü: dialoqda M.Ş.Hüseynovun saat 09-00-dan 13-00-dək və 14-00-dan 18-12-dək işləməsi haqqında göstəricilər daxil edilmiş, buna müvafiq olaraq, arxa planda görünən iş vaxtı qrafikinin aşağı sətrindəki həmin günə aid iş saatlarının miqdarını göstərən düymənin üzərində "8,2" ədədi əks olunmuşdur.

Bu qayda ilə seçilmiş iş gününün uzunluğu saat ifadəsində müəyyən edilir, daha sonra "Çıxış" düyməsini basmaqla, qrafikə daxil edilir.

Hüseynov Mübariz Şamil oğlunun 2002-ci ilin oktyabr ayına aid iş vaxtı qrafiki əks olunmuş dialoq şəkil 86-da, 01 oktyabr 2002-ci il tarixli iş gününə aid iş saatları əks olunan dialoq isə şəkil 87-də verilmişdir.