4.2. Proqramın optimal fəaliyyətinə yardım göstərən elementlər
Proqramın daha da optimal və səmərəli şəkildə fəaliyyət göstərməsi üçün onun menyusunda bəzi elementlər nəzərdə tutulmuşdur. Bu elementlər proqramın fəaliyyət göstərdiyi dili dəyişmək, proqrama daxil olmaq üçün parol müəyyən etmək və onu dəyişdirmək, proqramın istismarı prosesində təqvim və kalkulyatordan istifadə etmək və proqram haqqında zəruri məlumatları ekranda əks etdirmək kimi funksiyaların yerinə yetirilməsinə köməklik göstərir.

Proqramın fəaliyyət göstərdiyi dili dəyişmək, proqrama daxil olmaq üçün parol müəyyən etmək və onu dəyişdirmək üçün əsas menyunun "Utilit" bölməsində yerləşən "Dəyişmək" elementindən istifadə olunur. Bu elementə məxsus olan kiçik həcmli alt menyuda proqramın hansı dildə istismar olunacağını və onun istimarı zamanı istifadə ediləcək parolu müəyyənləşdirmək üçün nəzərdə tutulmuş, aşağıda göstərilən 2 element vardır:
-Dili dəyişmək
-Passvord dəyişmək�

"Dili dəyişmək" elementini seçdikdə, ekranda bu element üçün nəzərdə tutulmuş funksiyanın yerinə yetirilməsinə xidmət göstərən yeni alt menyu açılır. Burada verilən elementlər proqramın azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərməsi və istismar edilməsinin təzimlənməsini təmin edir. Eyni zamanda burada proqramın azərbaycan dilində istismarı zamanı latın və kiril qrafikalı əlifba ilə fəaliyyət göstərmək seçimi imkanı da mövcuddur.

Proqramın fəaliyyəti və istismarı prosesi üçün dil və əlifba rejiminin müəyyən edilməsi zamanı yuxarıda göstərilən dörd variantdan birini seçmək kifayətdir.

Proqramın istismarı prosesində təqvimtən istifadə etmək üçün əsas menyunun "Utilit" bölməsində yerləşən "Təqvim" elementindən istifadə olunur. Bu element proqramda təqvimin açılmasına xidmət edir. Təqvimdə kursoru hər hansı bir günün üzərində saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal sıxmaqla, həmin günü bayram günü kimi (qırmızı rənglə) qeyd etmək olar. Təqvimin aşağı hissəsindəki xanada ayların seçimi təmin olunur.

Proqramın istismarı prosesində kalkulyatordan istifadə etmək üçün əsas menyunun "Utilit" bölməsində yerləşən "Kalkulyator" elementindən istifadə olunur. Bu elementi seçməklə, proqamda verilmiş kalkulyator açılır. Ondan müxtəlif hesablamaların aparılması üçün istifadə edilir. Kalkulyatoru açmaq üçün F10 funksional düyməsindən də istifadə edilə bilər.

Proqramın istismarı prosesində onun haqqında zəruri məlumatları ekranda əks etdirmək üçün əsas menyuda yerləşən "Kömək" elementindən istifadə olunur. Bu element proqramın müxtəlif hissələri haqqında zəruri məlumatların əks olunduğu faylın açılmasına xidmət edir.