4.1. Proqramın fəaliyyətini tənzimləyən əsas məlumat bazalarının formalaşdırılması xüsusiyyətləri
AzMuhasib" proqramının fəaliyyətini tənzimləyən bir sıra məsələlər əsas menyunun "Utilit" bölməsində yerləşən elementlər vasitəsi ilə həll olunur. Bu bölmədə eyni zamanda proqramın optimal fəaliyyətini təmin edən bəzi yardımçı elementlər də vardır. "Utilit" bölməsi aşağtıda göstərilən elementlərdən ibarətdir:
1. Əsas məlumat;
2. Dəyişmək;
3. Hesabatların tərtibatı;
4. Təqvim;
5. Kalkulyator.

Burada göstərilən elementlərdən istifadə etməklə, proqramın normal fəaliyyəti və istismarı üçün zəruri olan bəzi məlumat bazası yaradılır, müəyyən tənzimləmə işləri aparılır və "Hesabat" bölməsində verilməyən bir çox hesabat xarakterli informasiyalar işlənir.

Proqramın başlıca məlumat bazaları "Əsas məlumat" elementindən istifadə etməklə formalaşdırılır. Bu elementə məxsus olan alt menyuda proqramın məlumat bazasının yaradılması üçün nəzərdə tutulmuş dialoqların açılmasına xidmət edən aşağıdakı elementlər vardır:
-Valyuta kursu;
-Müəssisə üzrə;
-Mühasibat kodları.

Adlarına uyğun olaraq, bu elementlər vasitəsi ilə açılan dialoqlar proqramda istifadə edilən valyuta növləri və onların Azərbaycan manatına nisbətdə kursu, proqramın istismar edildiyi müəssisənin ümumi göstəriciləri və bank rekvizitləri, eləcə də mühasibat uçotunun aparılması prosesində istifadə ediləcək bəzi kodlar (məsələn, mühasibat uçotunun hesablar planı) haqqında məlumat bazısının yarıdılması üçün nəzərdə tutulmuşdur.

Göstərilən alt menyuda "Valuta kursu" elementini seçdidə, ekranda "Kurs üzrə" adlanan dialoq açılır. Bu dialoqda proqrama daxil edilmiş valyuta növləri və onların manatla kursu haqqında zəruri məlumatlar əks olunur.

"Kurs üzrə" dialoqunun forması şəkil 72-də verilmişdir. Şəkildə göründüyü kimi, proqramın məlumat bazasına daxil edilmiş valyuta növləri və onların kursu haqqında məlumatlar dialoqun iki pəncərəsində əks olunur.


Şəkil 72. "Kurs üzrə" dialoqunun forması: dialoqun sol rəncərəsində ABŞ dolları, alman markası, evro və rubl haqqında ümumi məlumatlar, sağ pəncərəsində isə ABŞ dollarının manatla kursu günlər üzrə əks olunmuşdur.

Dialoqun sol pəncərəsində valyutanın adı, nişanı, sonuncu daxil edilmiş kurs və onun daxiledilmə tarixi, azərbaycan, rus və ingilis dillərində adları və 1/100 ifadəsi ilə pul vahidinin adı göstərilən cədvəl, sağ pəncərədə isə seçilmiş valyuta üzrə proqrama daxil edilmiş kurs haqqında məlumatlar əks olunr. Dialoqun aşağı hissəsində verilən düymələr məlumat bazasına yeni valyuta məlumatlarnın daxil edilməsi, dəyişdirilməsi, seçilməsi və dialoqun bağlanaraq, çıxış vəziyyətinə qayıtmaq üçün nəzərdə tutulmuşdur.

Proqrama yeni valyuta növü daxil etmək üçün dialoqun aşağısında "Valyta" bölməsindəki "Yeni" düyməsini basmaq və bunun nəticəsində açılmış dialoqun ikinci formasında, yuxarı hissədəki müvafiq xanalarda valytanın adı, nişanı, eləcə də azərbaycan, rus və ingilis dillərində müvafiq göstəricilər daxil edilərək, "OK" düyməsini basmaq lazımdır. Bu zaman ekranda dialoqun birinci forması açılır və orada yeni valyuta haqqında daxil edilmiş məlumatlar əks olunur. Valyta haqqında daxil edilmiş məlumatların dəyişdirilməsi də eyni qaydalar üzrə aparılır.

Hər hansı bir valyuta növünün kursu haqqında yeni məlumat daxil etmək üçün dialoqun əsas formasında kursoru həmin valyuta üzrə məlumatlar əks olunan sətrə gətirib, dialoqun aşağı hissəsində "Kurs" bölməsindəki "Yeni" düyməsini basaraq, ekranda dialoqun yeni kursun daxil edilməsi üçün nəzərdə tutulmuş formasını açmaq lazımdır. Burada valyuta kursunun dəyişmə tarixini və valyutanın qiymətini daxil etdikdən sonra, "OK" düyməsini basmaq lazımdır. Bu zaman kurs haqqında yeni məlumat proqrama daxil olur, ekranda isə dialoqun əsas forması açılır və orada müvafiq valyuta kursu haqqında əvvəllər daxil edilmiş məlumatlar eyni qayda ilə dəyişdirilir.

"Əsas məlumat" elementinə məxsus alt menyuda "Müəssisə üzrə" elementini seçdikdə, ekranda proqramın istismar olunduğu müəssisənin bir sıra göstəricilərini məlumat bazasına daxil etmək üçün nəzərdə tutulmuş eyniadlı dialoq açılır.

"Müəssisə üzrə" dialoqunun ekranda ilk görünüşü şəkil 8-də, ikinci görünüşü isə şəkil 9-da vrilmişdir. Şəkillərdə "Asiman" ATSC-nin ümumi göstəriciləri və bank rekvizitləri əks olunmuşdur. Şəkillərdən göründüyü kimi, bu dialoq iki hissədən ibarət olub, birincisi müəssisənin ümumi göstəricilərinin, ikincisi isə bank rekvizitlərinin proqramın məlumat bazasına daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Dialoqun "Ümumi göstəricilər" adlanan birinci hissəsində müəssisənin adı, ünvanı, kodu, yrləşdiyi şəhərin adı, telefon və faks nömrələri, vergi idarəsinin müvafiq göstəriciləri və bir sıra digər göstəriciləri əks olunur. Bu göstəricilərin proqrama daxil edilməsi mövcud olanların dəyişdirilməsi yolu ilə aparılır. Bunun üçün dialoqun aşağı hissəsində yerləşən "Dəyişmək" düyməsini basaraq, onun müvafiq məlumatların daxil edilməsi və əks etdirilməsi üçün nəzərdə tutulmuş xanalarını aktivləşdirmək, sonra isə həmin xanalarda zəruri məlumatları daxil edib, başa çatdıraraq, "Çıxış" düyməsini basmaq lazımdır. Bundan sonra müəssisənin proqrama daxil edilmiş ümumi göstəriciləri passiv rejimdə əks olunacaqdır.

Dialoqun "Bank rekvizitləri" adlanan ikinci hissəsində müəssisənin bank göstəricilərindən ibarət cədvəl əks olunur. Bu cədvəldə müəssisəyə xidmət edən banklıran adı, müxbir hesabının nömrəsi, yerləşdiyi şəhər, eləcə də müəsisənin həmin banklarda açdığı hesablaşma və valyuta hesablarının nömrələri əks olunur.

"Əsas məlumat" elementinə məxsus alt menyuda "Mühasibat kodları" elementini seçdikdə, ekranda mühasibat uçotunun hesablar planının daxil edilməsi və müəssisənin işçi mühasibat hesabları kodlarının sistemləşdirilməsi və uçot prosesində həmişə istifadə ediləcək zəruri məlumat bazasının formalaşdırılması üçün nəzərdə tutulmuş "Mühasibat kodları" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 3-də verilmişdir. "Mühasbat kodları" dialoqunun xüsusiyyətləri və orada mühasibat uçotunun hesablar planının formalaşdırılması və istiadə edilməsi qaydaları birinci fəslin ikinci paraqrafında şərh edilmişdir.