2.4. Azqiymətli və tezköhnələn əşyalar üzrə əməliyyatların aparılması
Müəssisədə azqiymətli və tezköhnələn əşyalar üzrə təsərrüfat əməliyyatları və onların analitik uçotu "Tezköhnələn əşyalar" elementindən istifadə etməklə aparılılr. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Tezköhnələn əşyalar" elementi müəssisədə azqiymətli və tezköhnələn əşyaların daxil olması, istismarı, məxarici, yerdəyişməsi, eləcə də onlara köhnəlmə hesablanması və müvafiq hesabatların tərtib edilməsi funksiyalarının yerinə yetirilməsinə xidmət edir. "Tezköhnələn əşyalar" elementini seçərkən, ekranda aşağıda göstərilən elementlərdən ibarət olan alt menyu açılır:
- Mədaxil;
- Istismara;
- Məxaric;
- Yerdəyişmə;
- Köhnəlmə norması;
- Hesabat.

Bu elementlərin hər biri azqiymətli və tezköhnələn əşyalar üzrə öz məzmununa uyğun əməliyyatların yerinə yetirilməsinə xidmət edir.

Qeyd etmək lazımdır ki, azqiymətli və tezköhnələn əşyalar üzrə aparılan əməliyyatların məzmunu, onları təmin edən dialoqlar və həmin dialoqların iş prinsipləri əsas vəsaitlər üzrə əməliyyat və dialoqlara çox oxşardır. Bununla yanaşı, "Tezköhnələn əşyalar" bölməsində formalaşdırılmış məlumat bazaları və dialoqların fəaliyyət prinsipləri azqiymətli və tezköhnələn əşyaların hərəkətinin sənədləşdirilməsi və uçotu prinsiplərinə uyğunlaşdırılmışdır.

Azqiymətli və tezköhnələn əşyaların mədaxili əməliyyatları və onun sənədləşdirilməsi "Mədaxil" elementi vasitəsi ilə açılan "Anbar" dialoqunda yerinə yetirilr. Bu dialoqun xirici görünüşü "Əsas vəsaitlər" bölməsindəki "Anbar" dialoqu ilə eyni olub, azqiymətli və tezköhnələn əşyaların adı və ölçü vahidi daxil edilmiş məlumat bazasından istifadə etməklə işləyir. Proqrama azqiymətli və tezköhnələn əşyaların mədaxil edilməsi haqqında məlumatlar daxil etmək üçün "Anbar" dialoqunda "Yeni" düyməsi basılaraq, açılan xanalarda qaimə-fakturanın başlıq hissəsində əks etdirilən ümumi göstəricilər; sənədin nömrəsi, tarixi, debitor-kreditor müəssisəsinin adı və maddi-məsul şəxsin adı-soyadı daxil edilir və "OK" düyməsi basılır. Bu zaman başlığında yeni daxil edilmiş qaimə-fakturanın ümumi göstəriciləri əks olunan digər bir boş dialoq (ikinci "Anbar" dialoqu) açılır. Bu dialoqda "Yeni" düyməsini basdıqda, onun başlıq hissəsində "Ad", "Miqdar", "Qiymət" və "Məbləğ" xanaları açılır. Bu xanalarda mədaxil ediləcək azqiymətli və tezköhnələn əşyaların müvafiq göstəriciləri daxil edilir və hər bir sətir üzrə ad, miqdar və qiymət daxil edildikdən sonra, "OK" düyməsi basılaraq, həmin sətir dialoqun cədvəl hissəsinə keçirilir və eyni zamanda xanalar təmizlənir. Bu qayda ilə dialoqun cədvəl hissəsində bütün sətirlər formalaşdırılır.

Qeyd etmək lazımdır ki, burada azqiymətli və tezköhnələn əşyaların adları müvafiq məlumat bazasından seçilir. Məlumat bazasında lazımi ad olmadıqda, həmin ad əvvəlcə məlumat bazasına daxil edilməli, sonra isə oradan seçilməlidir. Məlumat bazasını açmaq üçün kursoru müvafiq xanaya gətirmək və dəstəyin sağ düyməsini basmaq lazımdır. Bu zaman dəstəyin işarəsi yanında "Yeni F4" ifadəsi yazılmış kiçik dördbucaqlı görünür. Dəstəyin işarəsini həmin dördbucaqlının üzərinə gətirib, düyməni sıxdıqda, ekranda "Mal qrupları" adlı dialoq-məlumat bazası açılır. Burada məlumat bazasında əvvəllər daxil edilmiş azqiymətli və tezköhnələn əşyaların adları və ölçü vahidlərindən ibarət siyahı və aşağı hissədə onu idarə etmək üçün zəruri düymələr görünür. Buraya yeni məlumat (ad və ölçü vahidi) daxil etmək üçün "Yeni" düyməsini basmaq, dialoqun yuxarı hissəsində açılmış xanalarda əşyaların adını və ölçü vahidini klaviaturadan daxil edərək, "OK" düyməsini basmaq lazımdır. Bu qayda ilə lazım olan bütün azqiymətli və tezköhnələn əşyaların adları və ölçü vahidləri dialoqun cədvəl hissəsinə salındıqdan sonra, "Çıxış" düyməsi basılır. Bu zaman məlumat bazasında yeni daxil edilmiş ad və ölçü vahidləri görünür və oradakı "Çıxış" düyməsi basılaraq, məlumat bazası bağlanır. Artıq oradan lazımi əşyaların adını seçmək olar.


Şəkil 43. "Tezköhnələn əşyalar" alt menyusunda "Mədaxil" elementi vasitəsi ilə açılan "Anbar" dialoqunun və "Mal qrupları" məlumat bazasının ekranda görünüşü: arxa plandakı passiv pəncərədə "Kodinkom" BM üzrə 27.10.2002 tarixli, 21No-li qaimə-fakturanın tərtib olunması üçün azqiymətli və tezköhnələn əşyaların müvafiq göstəriciləri daxil edilmiş "Anbar" (ikinci) dialoqu, ön plandakı aktiv pəncərədə isə "Mal qrupları" məlumat bazası əks olunmuşdur.

Ikinci "Anbar" dialoqunun və həmin dialoqun fonunda açılmış "Mal qrupları" məlumat bazasının ekranda görünüşü şəkil 43-də əks olunmuşdur. Şəkildə "Kodinkom" BM-dən alınmış azqiymətli və tezköhnələn əşyaların müvafiq göstəriciləri daxil edilmiş sətirlər görünür.

Ikinci "Anbar" dialoqunda bütün sətirlər formalaşdırıldıqdan sonra, "Çıxış" düyməsini basmaq və birinci dialoqa qayıtmıq lazımdır. Artıq birinci "Anbar" dialoqunda azqiymətli və tezköhnələn əşyaların mədaxili üzrə yeni tərtib olunmuş qaimə-fakturanın nömrəsi, tarixi, müəssisənin (debitor/kreditor) adı, maddi-məsul şəxs və ümumi məbləği əks olunur. Kursoru həmin sətrin üzərinə gətirib, "Çap" düyməsini basdıqda, "Siyahı" və "Qaimə" sözləri yazılmış dialoq açılır. Burada "Siyahı" sözü seçildikdə sənədlərin siyahısı, "Qaimə" sözü seçildikdə isə müvafiq qaimə-faktura çap edilir.

Müəssisədə "AzMuhasib" proqramı ilk dəfə tətbiq olunduqda, digər maddi dəyərlilərlə yanaşı, azqiymətli və tezköhnələn əşyalar üzrə də ilk qalıqlar proqrama daxil edilməlidir.

Azqiymətli və tezköhnəln əşyalar üzrə ilk qalıqlar proqrama "Tezköhnələn əşyalar-Mədaxil" alt menysundakı "Ilkin qalıq" elementi vasitəsi ilə açılan eyniadlı dialoqdan istifadə edilməklə daxil edilr.

"Ilkin qalıq" dialoqunun forması, məzmunu və orada məlumatların daxil edilməsi qaydaları bundan əvvəl şərh edilən "Anbar" dialoqunda olduğu kimidir. Azqiymətli və tezköhnələn əşyalar üzrə ilk qalıqlar proqramın göstərilən dialoqunda əks etdirildikdən sonra, qaiməyə oxşar formada çap edilərək, mühasibat sənədlərinə əlavə edilir.

Azqiymətli və tezköhnələn əşyaların istismara buraxılması əməliyyatları "Istismara" elementi vasitəsi ilə açılan eyniadlı dialoqdan istifadə etməklə aparılır.

Məlumdur ki, azqiymətli və tezköhnələn əşyaların anbarda və ya istismarda olması onlara köhnəlmə hesblanması prosesinə təsir göstərir. Belə ki, anbarda olan azqiymətli və tezköhnələn əşyalara köhnəlmə hesablanmır. Azqiymətli və tezköhnələn əşyalar istismara buraxıldıqda, onun dəyərinin yarısı həcmində köhnəlmə hesablanır, qalan yarı məbləğə isə onun istismarda olduğu ayların sayına proporsional olaraq, köhnəlmə hesablanır. Bu zaman bir qayda olaraq, azqiymətli və tezköhnələn əşyalar üçün maksimal istismar dövrü 12 ay götürülür.

Müasir dövrdə dəyəri 25000 manatadək olan azqiymətli və tezköhnələn əşyalar istismara buraxıldıqda, onlara tam həcmdə köhnəlmə hesablana bilər.

Müəssisədə azqiymətli və tezköhnələn əşyalar ilk dəyəri ilə uçota alınır və istismar dövründə onların ilk dəyəri dəyişdirilmir. Ona görə də azqiymətli və tezköhnələn əşyaların hərəkətinə dair hesabat xarakterli cədvəllərdə dövrün sonuna qalıq məbləği hesablandıqda, köhnəlmə məbləği heç bir rol oynamır və məxaric məbləğinə aid edilmir. Azqiymətli və tezköhnələn əşyalar silindikdə maddi-məsul şəxsin üzərindən ilk dəyəri ilə silinir. Bu halda silinmiş əşyanın köhnəlməyə hesablanmış məbləği 13No-li "Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi" hesabına, qalıq məbləği isə xərc və məsrəflərin uçota alındığı hesablara bağlanır.

Müəssisənin balansında azqiymətli və tezköhnələn əşaların köhnəlməsi məbləği (121-ci sətir) onların ilk dəyərinin (120-ci sətir) 85 faizinə çatdıqda, müəssisə üzrə azqiymətli və tezköhnələn əşyalara köhnəlmə hesablanması dayandırıla bilər. Bu qaydanı ayrı-ayrı konkret əşyalara da şamil etmək olar.

Qeyd etmək lazımdır ki, müəssisədə azqiymətli və tezköhnələn əşyalara köhnəlmə hesablanmasının konkret qaydaları onun uçot siyasətində öz əksini tapmalıdır.

Azqiymətli və tezköhnələn əşyaların uçotundakı göstərilən xüsusiyyətlər proqramında nəzərə alınmışdır.

"Istismara" dialoqunda anbarda olan azqiymətli və tezköhnələn əşyaların istismara buraxılması əməliyyatı iki mərhələdə aparılır. Birinci mərhəldə açılan dialoqda əşyaların istismara verilməsi haqqında sənədin (qaimənin) ümumi göstəriciləri daxil edilərək, buradakı "Yeni" düyməsini basmaqla, açılan ikinci dialoqda azqiymətli və tezköhnələn əşyaların adı və miqdarı daxil edilir. Burada əşyaların adları halhazırda anbarda mövcud olan azqiymətli və tezköhnələn əşyaların siyahısından seçilməklə daxil edilir. Həmin siyahıda əşyanın adı, kimin öhdəsində olması, miqdarı və qiymti əks olunur, lakin seçildikdə yalnız adı müvafiq xanada əks olunur.

Azqiymətli və tezköhnələn əşyaların məxarici əməliyyatları eyniadlı element vasitəsi ilə açılan "Silinmə" və "Satış" dialoqundan istifadə etməklə qeydə alınır və sənədləşdirilir.

"Silinmə" dialoqunda silinən əşyaların anbardan və ya istismarda olan əşyaların siyahısından seçilməsi yolu ilə silinmə sənədi hazırlanır.

Dialoqun başlıq hissəsində verilmiş "Anbar/Istismar" xanasını tənzimləməklə, silinəcək əşyaların anbardan və ya istismardan seçiləcəyi təmin edilir. Bu halda həmin xanada seçilmiş varianta uyğun olaraq, "Ad" xanasında anbarda və ya istismarda olan əşyaların siyahısından ibarət məlumat bazası açılır. Silinmək üçün hazırlanan əşyaların adı və miqdarı seçilib, tənzimləndikdən sonra, dialoq bağlanır və sənəd çap edilir.

"Satış" dialoqunda sənəd nömrəsi anbar-istismar variantı və əşyaların satıldığı müəssisənin adı (debitor/kreditor məlumat bazasından) seçildikdən sonra, satış üçün hazırlanan əşyaların adı "Silinmə" dialoqunda olduğu kimi sçilir, miqdarı və qiyməti isə müvafiq xanalara klaviaturadan daxil edilir. Qeyd etmək lazımdır ki, əşyaların satışı zamanı qaimədə onların qiymətləri mövcud qiymətlərdən fərqli göstərilir ki, bunun da hesabına satışın nəticələri (mənfəət və zərər) formalaşır.

"Satış" dialoqunun ekranda görünüşü şəkil 44-də verilmişdir. Dialoqda "Neptun" BM-ə satılmaq üçün seçilmiş azqiymətli və tezköhnələn əşyaların adı, miqdarı, qiyməti və məbləği əks olunmuşdur.


Şəkil 44. "Tezköhnələn əşyalar" alt menyusunda "Məxaric" elementi vasitəsi ilə açılan "Satış" dialoqunun ekranda görünüşü: dialoqda "Neptun" Birgə Müəssisəsinə satılmaq üçün "Asiman" ATSC üzrə 28.10.2002 tarixli, 5No-li qaimə-fakturada əks olunaçaq azqiymətli və tezköhnələn əşyaların müvafiq göstəriciləri daxil edilmişdir.

Azqiymətli və tezköhnələn əşyaların müəssisə daxilində yerdəyişməsi (bir maddi-məsul şəxsdən digərinə verilməsi) əməliyyatları "Yerdəyişmə" dialoqu vasitəsi ilə qeydə alınır və sənədləşdirilir. Bu dialoqda əşyaların adı və qiymətləri müvafiq məlumat bazasından seçilməklə yazılır, miqdarı isə klaviaturadan daxil edilir. "Yerdəyişmə" dialoqunun ekranda görünüşü şəkil 45-də verilmişdir.


Şəkil 45. Azqiymətli və tezköhnələn əşyaların müəssisə daxilində yerdəyişməsi əməliyyatlarını uçotda əks etdirmək üçün "Yerdəyişmə" dialoqundan istifadə olunur.

"Tezköhnələn əşyalar" alt menyusundakı "Köhnəlmə normaları" elementi ekranda azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi normalarının proqrama daxil edilməsi üçün nəzərdə tutulmuş dialoqun açılmasına xidmət edir.

"Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementini seçdikdə, müəssisədə azqiymətli və tezköhnələn əşyaların hərəkəti, satışı, silinməsi, hansı maddi-məsul şəxslərin öhdəsində olması və köhnəlməsinə dair məlumatların formalaşdırılması və əks etdirilməsinə xidmət göstərən kiçik həcmli alt menyu açılır. Bu alt menyuda aşağıdakı elementlər vardır:
-Anbar/Istismar;
-Satış/Silinmə;
-Məsul şəxslər;
-Köhnəlmə.

Bu elementlərdən hər biri müəssisədə azqiymətli və tezköhnələn əşyaların hərəkəti və mövcud vəziyyəti haqqında hesabat tipli cədvəl məlumatlarının formalaşdırılmasını təmin edən müvafiq dialoqların açılması üçün nəzərdə tutulmuşdur.


Şəkil 46. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Anbar/Istismar" dialoqunun ekranda görünüşü: dialoqda müəssisənin anbarında və istismarda olan azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid hərəkətini birlikdə əks etdirmək üçün dialoqun yuxarı hissəsində verilmiş "Anbar/Istismar" xanasında "Boş xana" variantı seçilmişdir.

"Anbar/Istismar" dialoqunda hesabat dövrünə aid aylar üzrə azqiymətli və tezköhnələn əşyaların miqdar və məbləğ göstəriciləri ilə hərəkəti əks olunur. Bu dialoqun yuxarı hissəsində verilmiş "Anbar/Istismar" xanasında "Boş xana" "Anbar" və "Istismar" variantlarını seçməklə, müvafiq olaraq, bütövlükdə müəssisə üzrə, yalnız anbarda olan və ya yalnız istismarda olan azqiymətli və tezköhnələn əşyaların hərəkətinə dair hesabat alınır.


Şəkil 47. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Anbar/Istismar" dialoqunun ekranda görünüşü: dialoqda yalnız müəssisənin anbarında olan azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid hərəkətini əks etdirmək üçün, onun yuxarı hissəsində verilmiş "Anbar/Istismar" xanasında "Anbar" variantı seçilmişdir.

Dialoqun yuxarı sol küncündə verilmiş "budaqlanma" işarəli düyməni basdıqda dialoqun sol tərəfində azqiymətli və tezköhnələn əşyaların qruplar üzrə seçilməsi imkanı verilən pəncərə açılır. Bu pəncərədə "+ Cəmi" və ya qruplar və əşyalar üzrə budaqlanma variantlarını seçməklə, ayrı-ayrı əşya qrupları və hətta ayrılıqda götürülmüş bir əşya haqqında məlumat formalaşdırmaq olar.

"Anbar/Istismar" dialoqunun ekranda görünüşü (3 variantda: "Boş xana", "Anbar" və "Istismar" variantları) şəkil 46,47 və 48-də verilmişdir.


Şəkil 48. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Anbar/Istismar" dialoqunun ekranda görünüşü: dialoqda yalnız istismarda olan azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid hərəkətini əks etdirmək üçün, onun yuxarı hissəsində verilmiş "Anbar/Istismar" xanasında "Istismar" variantı seçilmişdir.

"Satış/Silinmə" dialoqunda hesabat dövrünə aid aylar üzrə azqiymətli və tezköhnələn əşyaların satışı və silinməsi haqqında məlumatlar miqdar və məbləğ göstəriciləri üzrə əks olunur. Bu dialoqun tənzimlənməsi qaydaları bundan əvvəl izah olunan dialoqa oxşardır. Lakin əvvəlki dialoqlardan fərqli olaraq, "Satış" dialoqunda azqiymətli və tezköhnələn əşyaların satışının nəticələri də (mənfəət və ya zərər) əks olunur.


Şəkil 49. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Satış/Silinmə" dialoqunun ekranda görünüşü: dialoqda azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid silinməsini əks etdirmək üçün, onun yuxarı hissəsində verilmiş "Satış/Silinmə" xanasında "Silinmə" variantı seçilmişdir.

Satış/Silinmə" dialoqunun ekranda görünüşü şəkil 49 və 50-də verilmişdir.

"Məsul şəxslər" dialoqu ayrı-ayrı maddi-məsul şəxslərin öhdəsində olan azqiymətli və tezköhnələn əşyaların siyahısını almaq üçün nəzərdə tutulmuşdur. Bu dialoqda eyni zamanda müəssisədə olan bütün azqiymətli tezköhnələn əşyaların kimin öhdəsində olduğunu əks etdirən ümumi siyahı və ya hər hansı bir əşya qrupunun, konkret əşyanın kimin öhdəsində olduğunu əks etdirən informasiya almaq imkanı da mövcuddur.


Şəkil 50. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Satış/Silinmə" dialoqunun ekranda görünüşü: dialoqda azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid satışını əks etdirmək üçün, onun yuxarı hissəsində verilmiş "Satış/Silinmə" xanasında "Satış" variantı seçilmişdir.

Dialoqda ayrı-ayrı maddi-məsul şəxslərin öhdəsndə olan azqiymətli və tezköhnələn əşyaların siyahısını almaq üçün onun yuxarısında verilmiş "Qrup" və "Ad" xanalarını boş saxlamaqla, "OK" düyməsini basmaq, sonra isə sol pəncərədə müvafiq maddi-məsul şəxslərin adlarını tənzimləmək və lazım olan adı seçmək lazımdır.

Alınmış hər hansı bir siyahını çap etmək üçün "Çap" düyməsini basmaq lazımdır.

Müəssisədə hər hansı bir verilmiş tarixə azqiymətli və tezköhnələn əşyaların kimin öhdəsində olmasını əks etdirən siyahı almaq üçün dialoqda yalnız "Tarix" xanasını tənzimlədikdən sonra, "OK" düyməsini basmaq lazımdır.

Cari tarixə belə bir siyahı almaq üçün yeni açılmış dialoqda heç bir tənzimləmə işi aparmadan "OK" düyməsini basmaq lazımdır.


Şəkil 51. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Köhnəlmə" dialoqunun ekranda görünüşü: dialoqda bütün azqiymətli və tezköhnələn əşyaların 2002-ci ilə aid köhnəlməsini əks etdirmək üçün, onun sol pəncərəsində "Cəmi" variantı seçilmişdir.

Ayrı-ayrı azqiymətli və tezköhnələn əşyalar qrupunun və ya konkret bir əşyanın kimin öhdəsində olduğunu əks etdirən informasiya almaq üçün dialoqun yuxarı hissəsində verilmiş "Qrup" və "Ad" xanalarında müvafiq tənzimləmə işi apardıqdan sonra, "OK" düyməsini basmaq lazımdır.

"Asiman" ATSC-nin məsul işçisi R.F.Səmədovun öhdəsində olan azqiymətli və tezköhnələn əşyaların siyahısı əks olunmuş "Məsul şəxslər" dialoqunun ekranda görünşü şəkil 52-də verilmişdir.


Şəkil 52. "Tezköhnələn əşyalar" alt menyusunda "Hesabat" elementi vasitəsi ilə açılan "Məsul şəxslər" dialoqunun ekranda görünüşü: dialoqda müəssisənin məsul işçisi R.F.Səmədovun öhdəsində olan azqiymətli və tezköhnələn əşyaların siyahısını əks etdirmək üçün, sol pəncərədə həmin soyad seçilmişdir.

"Köhnəlmə" dialoqunda azqiymətli və tezköhnələn əşyalara verilmiş hesabat dövrünə aid köhnəlmə hesablanması haqqında məlumatlar əks olunur. Bu dialoqun başlıq hissəsində heç bir tənzimləmə işi aparılmır. Dialoqun sol pəncərəsində hər hansı bir əşya qrupu və ya konkret əşya üzrə tənzimləmə apararaq, sağ pəncərədə müvafiq cədvəli almaq və onu çap etmək imkanı mövcuddur.

"Köhnəlmə" divaloqunun ekranda görünüşü şəkil 51-də verilmişdir.

Qeyd etmək lazımdır ki, "Hesabat" alt menyusunda verilmiş bütün dialoqlar azqiymətli və tezköhnələn əşyalara aid digər menyular vasitəsi ilə açılan dialoqlarla əlaqəli şəkildə, avtomat rejimdə formalaşır. Azqiymətli və tezköhnələn əşyaların mədaxili, istismara buraxılması, məxarici və yerdəyişməsi haqqında çoxsaylı dialoqlarda daxil edilmiş məlumatlar əsasında onlara köhnəlmə hesablanır və müvafiq hesabatlar formalaşır.