"Əsas Vəsaitlər" proqramı

 

"Əsas vəsaitlər" proqramı idarə müəssisə və təşkilatlarda əsas vəsaitlərin uçotunun aparılması üçün nəzərdə tutulmuşdur.

Proqramda uçota alınmış hər bir əsəs vəsait üzrə qanunvericilikdə nəzərdə tutulmuş normalara əsasən köhnəlmə hesablanır. Köhnəlmə normalarını əsas vəsaitin daxil olduğu qrup üzrə və ya hər bir əsas vəsait üçün ayrı-ayrılıqda təsadiq etmək və gələcəkdə dəyişmək mümkündür.

Proqramda azərbaycan, rusingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZRU şriftlərində işləmək mümkündür.

Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.



Proqram aşağıdakı bölmələrdən ibarətdir:

  Əsas vəsaitlərin mədaxili
  Əsas vəsaitlərin istismara verilməsi
  Əsas vəsaitlərin məxarici - silinməsi, yerdəyişməsi və icarəyə verilməsi
  Əsas vəsaitlərin qrupları üzrə köhnəlmə normaları
  Əsas vəsaitlərin çeşidləri üzrə köhnəlmə normaları
  Əsas vəsaitlərin əsaslı təmirlə və digər səbəblərlə əlaqədar olaraq yenidənqiymətləndirilməsi
  Maddi-məsul şəxslər üzrə əsas vəsaitlərin bölüşdürülməsi
  Əsas vəsaitlərə inventar nömrələrin verilməsi

Proqramda aşağıdakı hesabat formalarını almaq mümkündür:

  Əsas vəsaitlərin aylıq, rüblük, illik hərəkər cədvəli və köhnəlmə səbəbləri
  Əsas vəsaitlərin qruplar və çeşidlər üzrə hərəkət cədvəli və köhnəlmə məbləğləri
  Əsas vəsaitlərin istənilən tarixə və qalıq dəyərləri, köhnəlmə məbləğləri
  Əsas vəsaitlərin maddi - məsul şəxslər üzrə qalıqları
  Əsas vəsaitlərin silinməsi, satış və icarəyə verilməsi haqqında hesabatlar
  Əsas vəsaitlərin nəticəsində yaranmış mənfəət və ya zərər haqqında hesabat
  Əsas vəsaitin silinməsi aktı
  Əsas vəsaitlərin mədaxili və məxarici üzrə qaimələr
  Əsas vəsaitlər haqqında illik hesabat cədvəli (Excel faylına bax

Əsas vəsaitlərin köhnəlməsi mövcud təlimatlara əsasən, hər ilin əvvəlinə çıxarılmış qalıq dəyərinə əsasən hesablanır. Köhnəlmə hesablanarkən yenidənqiymətləndirmə də nəzərə alınır


Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir
          
           
      Əlaqə