AzMuhasib v1.2

 "AzMuhasib v1.2" proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun "Milli Mühasibat Uçotu Standartları" əsasında avtomatlaşdırılması məqsədilə yaradılmışdır.

Proqram mülkiyyət formasından asılı olmayaraq bütün sahələrin - büdcə, kommersiya, qeyri-hökümət təşkilatları, siyasi partiyalar və s. müəssisə və təşkilatların mühasibat uçotunun avtomatlaşdırılmasını təmin edir.

Proqramda həm köhnə, həm də Beynəlxalq Standartlara uyğun hesablar planı əsasında uçot qurmaq olur. Hal-hazırda proqramın büdcə, kommersiya təşkilatları , siyasi partiyalar qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun xüsusi modulları mövcuddur.

Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZRU şriftlərində işləmək mümkündür. 

Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var. Məlumatları qabaqcadan hazırlanmış şablonlar (standart yazılışlar) vasitəsi ilə daxil etmək, istənilən hesab üzrə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və ya düzəlişlər edə bilərlər.

Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

"AzMuhasib v1.2" proqramı aşağıdakı bölmələrdən ibarətdir:


Mühasibat yazılışlarının daxil edilməsi (memorial order), sənədlərin və hesabatların avtomatik hazırlanması:
 
 Baş kitab
 Hesablar, subhesablar, debitor/kreditor və təhtəl-hesab şəxslər üzrə dövriyyə cədvəlləri
 Avans hesabatı
 Kassa və bank hesabatları 
 Debitorlar və kreditorlar üzrə analitik uçot
 Satış üzrə analitik uçot
 Xərclər üzrə analitik uçot
 Cari hesablar üzrə gündəlik və dövri hesabatlar
 Balans
 Maliyyə hesabatları

Kassa sənədləri:
 
 Mədaxil orderləri 
 Məxaric orderləri

Bank sənədləri:
 
 Hesab-faktura 
 Ödəniş tapşırıqları
 Valyuta köçürmələri

"AzMuhasib v1.2" proqramının digərlərindən fərqli xüsusiyyətləri:
 
 Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmışdır 
 Azərbaycan, Rus və İngilis dillərində işləmək və həmin dillərdə Excel proqramına eksport etmək imkanı var 
 İstənilən sayda müəssisənin uçotunu aparmaq mümkündür 
 Nizamlama imkanları geniş və sadə formadadır 
 Qanunvercilikdə və təlimatlarda dəyişiklik olduqda bunların bilavasitə istifadəçi tərəfindən yerinə yetirilməsi mümkündür 
 Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır

 Diqqət: "AzMuhasib v1.2" proqram paketinə əlavə olaraq, "Əsas vəsaitlər", "Əmək haqqı" "Anbar" modulları daxildir 

Proqramların stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir

      

     Əlaqə