Online Tədris

 

Bu kitab “AzMuhasib” mühasibat uçotu proqramları paketinin istifadəçiləri üçün nəzərdə tutulmuşdur. Azərbaycanda mühasibat uçotunun aparılması tələblərinə tam cavab verdiyi nəzərə alınaraq, "AzMuhasib" mühasibat uçotu proqramları paketi ali təhsilin həm bakalavr, həm də magistratura pillələrində tədris edilir. Hal-hazırda Azərbaycan Dövlət Iqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti və ölkəmizin bu kimi bir sıra tanınmış ali təhsil ocaqlarında tələbələrə bu proqramın istifadəsi prinsipləri öyrədilir. Bir çoõ müəssisə və təşkilatlarda bu uçot proqramı müvəffəqiyyətlə tətbiq edilərək, mühasibat uçotunun avtomatlaşdırılmasında istifadə edilir. Həm mühasibat üçotü üzrə iõtisaslaşan tələbələr, həm peşəkar mühasiblər, həm də tədqiqatçı alimlər tərəfindən bu proqrama qarşı maraq gündün-günə artmaqda və güclənməkdədir.


Kitaba prof. H.H.Əliyev redaktorluq etmişdir. O, "ARAZ Computer" firmasının köməkliyi və ciddi səyi nəticəsində yazılmış və nəşr edilmişdir. Azərbaycan Dövlət Iqtisad Universiteti “Mühasibat uçotu və audit” kafedrasının dosenti, “Maliyyə və uçot” jurnalının baş redaktoru Q.Ə.Abbasov və Azərbaycan Kooperasiya Universiteti “Beynəlxalq iqtisadi münasibatlər” kafedrasının müdiri, prof.G.Ə.Gənciyev kitabın əlyazmasını oxuyaraq, ona müsbət rəy vermiş və nəşr edilməsini tövsiyyə etmişdirlər. 

Kitab “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün “Mühasibat uçotunun kompüterləşdirilməsi” fənni üzrə dərs vəsaiti, iqtisadi informasiyaların kompüterdə işlənməsi ilə maraqlanan mütəxəsislər, tədqiqatçı və alimlər,eləcə də sahibkarlar və peşəkar mühasiblər üçün metodik vəsait və elmi-tədqiqat əsəri kimi istifadə edilə bilər. 

 

Mündəricat

I fəsil. "AzMuhasib" proqramının tətbiqi xüsusiyyətləri.
1.1. "AzMuhasib" mühasibat uçotu proqramları paketi haqqında ümumi məlumat.
1.2. "AzMuhasib" proqramının menyusu və onun istismarının ümumi məsələləri.
1.3. Sintetik uçot əməliyyatlarının aparılması qaydaları.

II fəsil. "AzMuhasib" proqramında əsas təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və uçotu xüsusiyyətləri.
2.1. Pul vəsaitləri üzrə əməliyyatların aparılması.
2.2. Hesablaşma əməliyyatlarının aparılması.
2.3. Əsas vəsaitlər üzrə əməliyyatların aparılması.
2.4. Azqiymətli və tezköhnələn əşyalar üzrə əməliyyatların aparılmsı.
2.5. Işçi heyətlə və tətəlhesab şəxslərlə hesablaşma əməliyyatlarının aparılması.

III fəsil. Əsas uçot registrləri, mühasibat-maliyyə hesabatları və hesabat xarakterli digər uçot informasiyalarının formalaşdırılması və tərtibi xüsusiyyətləri.
3.1. Baş kitab, dövriyyə cədvəli və şahmat cədvəlinin formalaşdırılması və tərtibi xüsusiyyətləri.
3.2. Mühasibat-maliyyə hesabatı formalarının tərtib edilməsi qaydaları.
3.3. Hesabat xarakterli bir sıra uçot informasiyalarının formalaşdırılması və tərtibi xüsusiyyətləri.
3.4. Mühasibat hesabları üzrə əməliyyatların təhlili xüsusiyyətləri.

IV fəsil. Proqramın tətbiqinin tənzimlənməsi və yardımçı elementləri. 
4.1. Proqramın fəaliyyətini tənzimləyən əsas məlumat bazalarının formalaşdırılması xüsusiyyətləri.
4.2. Proqramın optimal fəaliyyətinə yardım göstərən elementlər.

V fəsil. "Anbar" proqramının tətbiqi xüsusiyyətləri. 
5.1. Mal və taraların mədaxili və məxarici üzrə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi xüsusiyyətləri.
5.2. Mal və taraların analitik uçotu xüsusiyyətləri.
5.3. "Anbar" proqramının tənzimlənməsi qaydaları.

VI fəsil. "Əmək haqqı" proqramının tətbiqi xüsusiyyətləri.
6.1. "Əmək haqqı" proqramı haqqında ümumi məlumat.
6.2. Müəssisənin ştat cədvəlinin formalaşdırılması qaydaları.
6.3. Işçilər haqqında məlumatların proqrama daxil edilməsi qaydaları.
6.4. Iş vaxtı haqqında məlumatların formalaşdırılması qaydaları.
6.5. Işçilərə əmək haqqı hesablanmasının tənzimlənməsi qaydaları.
6.6. Işçilərə əmək haqqı hesablanması qaydaları.

VII fəsil. "Arxiv" modulunun tətbiqi xüsusiyyətləri. 
7.1. "Arxiv" modulundan istifadənin ümumi prinsipəri.
7.2. Bir neçə müəssisənin mühasibat uçotunun bir proqramda aparılması qaydaları.