AzMuhasib v2.0 (şəbəkə)

"AzMuhasib v2.0" (şəbəkə) proqramı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq korporativ təşkilatlarda mühasibat uçotunun "Milli Mühasibat Uçotu Standartları" əsasında avtomatlaşdırılması məqsədilə yaradılmışdır.

Proqram mülkiyyət formasından asılı olmayaraq bütün sahələrin - büdcə, kommersiya, qeyri-hökümət təşkilatları, siyasi partiyalar və s. müəssisə və təşkilatların mühasibat uçotunun avtomatlaşdırılmasını təmin edir.

Proqramda həm köhnə, həm də Beynəlxalq Standartlara uyğun hesablar planı əsasında uçot qurmaq olur. Hal-hazırda proqramın büdcə, kommersiya təşkilatları , siyasi partiyalar qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun xüsusi modulları mövcuddur.


Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, mühasibat və maliyyə hesabatlarını paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Bütün cədvəllərin və maliyyə hesabatları formalarının MS Excel proqramına eksport etmək imkanı var.

Məlumatları sərbəst şəkildə və ya qabaqcadan hazırlanmış şablonlar (sadə və mürəkkəb yazılışlar forması) vasitəsi ilə daxil etmək və hesablar üzrə 3 səviyyədə analitik uçot təşkil etmək mümkündür. İstifadəçilər proqramın "Hesabatların dizayneri" modulu vasitəsi ilə istənilən cədvəlləri və maliyyə hesabat formalarını asanlıqla yarada və  ya düzəlişlər edə bilərlər.

Proqram MS SQL bazasında local şəbəkədə işləyir. Proqram MS Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir və "unicode" şriftlərini dəstəkləyir.

 

 "AzMuhasib v2.0" proqramı aşağıdakı bölmələrdən ibarətdir:

Mühasibat yazılışlarının əməliyyat jurnalına işlənməsi, sənədlərin və hesabatların avtomatik hazırlanması:
 
 Baş kitab

 Baş hesablar və subhesablar üzrə dövriyyə cədvəlləri və açılışlar

 Kontragentlər və hesablar üzrə borcların hərəkəti və analitik hesabatlar

 Müxtəlif valyutalarda və manatla bank hesabları üzrə dövriyyə cədvəlləri və pul vəsaitlərinin açılışları

 Xərc maddələri və hesablar üzrə dövriyyə cədvəlləri və açılışlar

 Təhtəl-hesab şəxslər və hesablar üzrə analitik uçot  

 Hesabların jurnalları

 Cari hesablar üzrə gündəlik və dövri hesabatlar

 Balans

 Büdcə, kommersiya təşkilatları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) üçün təsdiq edilmiş Milli Mühasibat Uçotu Standartlarına (MMUS) və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun Maliyyə hesabatlarının avtomatik tərtibatı

 


"AzMuhasib v2.0" proqramının fərqləndirici xüsusiyyətləri:

 Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış yerli proqram təminatıdır

 Proqram yerli mütəxəssislər tərəfindən dəstəklənir

 Azərbaycan, rus və ingilis dillərində işləmək olur və həmin dillərdə hesabat alınır

 MS Excel proqramına eksport etmək imkanı var

 Hazır proqram təminatıdır və istifadəçi səviyyəsində nizamlama imkanları sadə və rahatdır

 Maliyyə hesabatlarında müvafiq əlavə və dəyişikliklər bilavasitə istifadəçilər tərəfindən icra edilə bilər

 Proqramın mənimsənilməsi və uçotun qurulması qısa bir müddətdə başa gəlir

 Mühasibat uçotunda mövcud olan son təlimatlar proqramda əksini tapmışdır

 

Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə az iş təcrübəsinə malik olan istifadəçilər tərəfindən belə qısa müddətdə mənimsənilməsinə zəmanət verilir

     Əlaqə