"Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli 238 №-li qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 238                   Bakı şəhəri, 30 avqust 2013-cü il.

 

"Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 499-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli 807 nömrəli fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2013-cü il 30 avqust

tarixli 238 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması

QAYDALARI

 1. Ümumi müddəa

 1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 499-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 yanvar tarixli 807 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və siyasi partiyalar (bundan sonra- təşkilatlar) tərəfindən sadələşdirilmiş mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və  tərtib edilməsi qaydalarını müəyyən edir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. maliyyə hesabatları - istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələri barədə sistemləşdirilmiş məlumatların təqdimatıdır;

2.1.2. hesablama metodu - alıcının (sifarişçinin) satış məbləğinin ödənilməsi dövründən asılı olmayaraq, bu məbləğlərin satıcı (icraçı) tərəfindən malların təqdim edildiyi və ya xidmətlərin göstərildiyi dövrdə gəlir kimi, həmçinin xərc maddələrinin müvafiq dövrdə ödənilib-ödənilmədiyindən asılı olmayaraq, yarandığı hesabat dövrləri üzrə xərc kimi tanınmasıdır;

2.1.3. təşkilatın fəaliyyətinin fasiləsizliyi - təşkilatın fəaliyyətinin davam edəcəyi ehtimalının mövcudluğu və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmamasıdır;     

2.1.4. aktiv - baş vermiş maliyyə-təsərrüfat əməliyyatının nəticəsi kimi təşkilat tərəfindən idarə olunan (nəzarət edilən) və təşkilata gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır;             

2.1.5. öhdəlik - təşkilatın maliyyə-təsərrüfat əməliyyatından yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının təşkilatdan çıxması ilə nəticələnən mövcud borcudur;

2.1.6. kapital - bütün öhdəliklər çıxıldıqdan sonra təşkilatın xalis aktivlərinin dəyəridir;

2.1.7. gəlir - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya  öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır;

2.1.8. xərc - mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır;

2.1.9. qiymətləndirmə əsasları - təşkilatın aktivlərinin, öhdəliklərinin, kapitalının, gəlirlərinin və xərclərinin maliyyə hesabatlarında pul ifadəsində əks etdirilməsi məqsədi ilə istifadə olunan hesablama metodologiyasıdır;  

2.1.10. ilkin dəyər - aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin) ədalətli dəyəri ilə ölçülməsidir. Öhdəliyin  ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin  məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə ölçülməsidir; 

2.1.11. mümkün xalis satış  dəyəri - adi  fəaliyyət zamanı  nəzərdə tutulmuş satış qiymətindən işin tamamlanmasına  çəkilməsi ehtimal edilən  xərclər  və satışın,  mübadilənin və ya bölüşdürmənin həyata keçirilməsi üçün ehtimal edilən  xərclər çıxıldıqdan sonra qalan məbləğdir;

2.1.12. likvidlik-təşkilatın aktivinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddətdə nağd pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir.

 

3. Maliyyə hesabatlarının tərkib hissələri

 3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq  maliyyə hesabatlarının tərkib hissələri “Maliyyə vəziyyəti haqqında hesabat”dan, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”dan, “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”dən ibarətdir.

 

4.  Maliyyə hesabatlarının əsaslandığı ehtimallar (prinsiplər)

4.1. Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazır-lanması zamanı konseptual əsaslarla iki əsas prinsipin mövcudluğu gözlənilir:

4.1.1.   hesablama metodu;

4.1.2.   təşkilatın fəaliyyətinin fasiləsizliyi.

4.2. Hesablama metodu əsasən, gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

4.3. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi təşkilatın fəaliy-yətinin davam edəcəyi və dayandırılması və ya həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin olmadığı təqdirdə tətbiq edilir.     

4.4. Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipi ilk növbədə maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

4.5. Təşkilatın ləğv olunacağı təqdirdə, aktivlərin qiymətləndirilməsi zamanı bu aktivlərin alınması üçün çəkilmiş məsrəflərdən deyil, onların ehtimal olunan satış dəyərindən istifadə olunur. Bu halda təşkilat tərəfindən aktivlərin uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilməsi öz əhəmiyyətini itirir və təşkilatın aktivləri satış məqsədi ilə saxlanılan qısamüddətli aktivlər kimi təsnifləşdirilməklə maliyyə hesabatlarında tanınır.

4.6. Ləğv olunan təşkilatın aktivləri satışa çıxarıldıqda rəhbərliyin əsas məqsədi aktivlərin sərfəli qiymətlə deyil, ən qısa müddətdə onların mümkün xalis satış  dəyəri ilə satılmasından ibarətdir.

4.7. Bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulan hallarda aktivlərin qısamüddətli aktivlər kimi təsnifləşdirilməsi zaman keçdikcə qiymətləri artan aktivlərin (torpaq və tikililərin) xalis satış dəyərinə şamil edilmir.

4.8. Öhdəliklərin maliyyə hesabatlarında əks etdirilməsi isə bu öhdəliklərin kreditorlara ödənişlərin zəruriliyi əsasında həyata keçirilməsi maliyyə hesabatlarının istifadəçiləri üçün daha əhəmiyyətlidir.

4.9. Təşkilatın iki ildən sonra fəaliyyətinin dayandırılacağı halda, aktivlər qısamüddətli aktivlər kimi maliyyə vəziyyəti haqqında hesabatda xalis satış dəyəri ilə əks etdirilir. Həmin aktivlərin xaric olmasından əldə edilən vəsait ilk növbədə kreditorlarla bağlı öhdəliklərin ödənilməsinə yönəldilir.

4.10. Ləğvetmə konsepsiyasına uyğun olaraq, maliyyə hesabatlarının istifadəçiləri öhdəliklərin mövcudluğu və ödənilməsinin mümkünlüyü barədə etibarlı məlumatın alınmasında maraqlı olduqlarından, bu öhdəliklərin uzunmüddətli və qısamüddətli öhdəliklər kimi deyil, daha çox kreditor borclarının prioriteti üzrə qruplaşdırılmasına üstünlük verirlər.

 

5.  Maliyyə hesabatlarının elementləri

5.1. Maliyyə hesabatlarının elementləri maliyyə vəziyyəti haqqında hesabatda aktiv, öhdəlik və kapitaldan,  maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda isə gəlir və xərclərdən ibarətdir.

 

6.  Maliyyə hesabatlarının elementlərinin tanınması

6.1. Aktivin tanınması

6.1.1. aktiv yalnız təşkilata gələcək iqtisadi səmərənin axını ehtimal olunduğu və onun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda, maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.1.2. aktiv tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir.

6.2. Öhdəliyin tanınması:

6.2.1. öhdəlik yalnız baş vermiş maliyyə-təsərrüfat əməliyyatına görə yaranmış cari borcun ödənilməsi nəticəsində təşkilatdan gələcək iqtisadi səmərənin kənara axını ehtimal olduğu və  bu borcun dəyərinin etibarlı səviyyədə qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda maliyyə vəziyyəti haqqında hesabatda tanınır;

6.2.2. öhdəlik tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla təşkilatın maliyyə vəziyyəti haqqında hesabatlarda əks etdirilir.

6.3. Gəlirin tanınması:

6.3.1. gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır;

6.3.2. gəlir tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

6.4. Xərcin tanınması:

6.4.1. xərc aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndirilməsi mümkün olduğu hallarda tanınır. Məsrəflər gəlirlərin ayrı-ayrı maddələri ilə birbaşa əlaqəli olduğu təqdirdə, xərc kimi gəlirlərlə eyni vaxtda tanınmalıdır. Məsrəflər gəlirlərlə birbaşa əlaqəli olmadıqda, hesabat dövründə sistematik və ardıcıl olaraq bölüşdürülməklə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi dərhal tanınır.  Məsrəflər maliyyə vəziyyəti haqqında hesabatda aktivin tanınma meyarlarına uyğun gəldikdə, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərc kimi tanınmır;

6.4.2. xərc tanınma meyarına uyğun olaraq tanındıqdan və qiymətləndirildikdən sonra uçota alınmaqla, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilir.

 

7.  Təşkilatlarda maliyyə hesabatlarına uyğun olaraq mühasibat uçotunun Hesablar Planının konseptual əsasları

 

7.1. Hesablar Planı təşkilat tərəfindən təqdim edilən “Maliyyə vəziyyəti haqqında hesabat”dan və “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”dan fərqli olaraq özündə maliyyə informasiyasını daha dolğun təcəssüm etdirir. Hesablar Planı maliyyə hesabatı elementlərinin qruplaşdırılması və dəyər ifadəsində cari vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulmuşdur. Hesablar Planı üzrə hesablar azalan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında maliyyə hesabatının bölməsinin nömrəsi bir, maddəsinin nömrəsi iki, mühasibat uçotunun hesablarının nömrəsi isə üç rəqəmdən ibarət olmaqla müəyyən edilir. Təşkilatlar tərəfindən Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq  müvafiq subhesablar açılır.

7.2. “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq maddələrində təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış qalıqları əks etdirilir.

7.3. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın müvafiq maddələrində isə təşkilat tərəfindən hesabat dövrünün sonuna və əvvəlinə mühasibat uçotu (sintetik) hesablarının yekunlaşdırılmış dövriyyələri əks etdirilir.

7.4. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab isə özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

7.5. Bu Qaydalarla müəyyən edilən Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

7.5.1. Bölmə 1.Uzunmüddətli aktivlər

7.5.2. Bölmə 2.Qısamüddətli aktivlər

7.5.3. Bölmə 3.Xalis aktivlər(Kapital)

7.5.4. Bölmə 4.Uzunmüddətli öhdəliklər

7.5.5. Bölmə 5.Qısamüddətli öhdəliklər

7.5.6. Bölmə 6.Gəlirlər

7.5.7. Bölmə 7. Xərclər

7.5.8. Bölmə 8.Ümumi mənfəət (zərər).

 

8. Mühasibat uçotunun Hesablar Planı

1

Uzunmüddətli aktivlər

10

Qeyri-maddi aktivlər

101

Qeyri-maddi aktivlər - dəyər

102

Qeyri-maddi aktivlər - amortizasiya

103

Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər

11

Torpaq, tikili və avadanlıqlar

111

Torpaq, tikili və avadanlıqlar - dəyər

112

Torpaq, tikili və avadanlıqlar – amortizasiya

113

Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər

12

Daşınmaz əmlaka investisiyalar

121

Daşınmaz əmlaka investisiyalar - dəyər

122

Daşınmaz əmlaka investisiyalar – amortizasiya

123

Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər

13

Uzunmüddətli debitor borcları

131

Üzvlərin uzunmüddətli debitor borcları

132

Transferlər üzrə uzunmüddətli debitor borcları

133

İcarə üzrə uzunmüddətli debitor borcları

134

Digər uzunmüddətli debitor borcları

14

Sair uzunmüddətli aktivlər

141

Sair uzunmüddətli aktivlər

2

Qısamüddətli aktivlər

20

Ehtiyatlar

201

Material ehtiyatları

202

Hesablanmış məsrəflər

203

Digər ehtiyatlar

21

Qısamüddətli debitor borcları

211

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

212

Üzvlərin qısamüddətli debitor borcları

213

Transferlər üzrə qısamüddətli debitor borcları

214

İcarə üzrə qısamüddətli debitor borcları

215

Digər qısamüddətli debitor borcları

22

Pul vəsaitləri və onların ekvivalentləri

221

Kassa

222

Bank hesablaşma hesabları

223

Pul vəsaitlərinin ekvivalentlərı

23

Sair qısamüddətli aktivlər

241

Təhtəlhesab məbləğlər

242

Verilmiş qısamüddətli avanslar

243

Digər qısamüddətli aktivlər

3

Xalis aktivlər (kapital)

30

Ehtiyat fondu

311

Yenidənqiymətləndirmə üzrə ehtiyat fondu

312

Məzənnə fərqləri üzrə ehtiyat fondu

313

Digər ehtiyat fondları

31

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

341

Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

342

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

4

Uzunmüddətli öhdəliklər

40

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

401

Uzunmüddətli bank kreditləri

402

İşçilər üçün uzunmüddətli bank kreditləri

403

Uzunmüddətli borclar

404

Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

411

Uzunmüddətli zəmanət öhdəlikləri

412

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

42

Uzunmüddətli kreditor borcları

421

Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

422

Digər uzunmüddətli kreditor borcları

43

Sair uzunmüddətli öhdəliklər

431

Alınmış uzunmüddətli avanslar

432

Digər uzunmüddətli öhdəliklər

5

Qısamüddətli öhdəliklər

50

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

501

Qısamüddətli bank kreditləri

502

İşçilər üçün qısamüddətli bank kreditləri

503

Qısamüddətli borclar

504

Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

511

Qısamüddətli zəmanət öhdəlikləri

513

Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

52

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

521

Vergi öhdəlikləri

522

Sosial sığorta və təminat üzrə öhdəliklər

523

Digər məcburi ödənişlər üzrə öhdəliklər

53

Qısamüddətli kreditor borcları

531

Malsatan və podratçılara qısamüddətli kreditor borcları

532

İşçi heyətinə qısamüddətli kreditor borcları

533

İcarə üzrə qısamüddətli kreditor borcları

534

Faizlər üzrə qısamüddətli kreditor borcları

535

Digər qısamüddətli kreditor borcları

54

Sair qısamüddətli öhdəliklər

541

Alınmış qısamüddətli avanslar

542

Digər qısamüddətli öhdəliklər

6

Gəlirlər

60

Gəlirlər

601

Üzvlük haqları

602

Əmlakdan götürülən gəlir

603

Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan başqa fəaliyyətdən götürülən gəlir

604

İanələr şəklində götürülən gəlir

605

Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait

606

Aşağı təşkilatların ödənişləri

607

Dövlət büdcəsindən ayrılan vəsait

608

Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak

609

Digər gəlirlər (o cümlədən borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)

610

Cəmi gəlirlər

7

Xərclər

70

Xərclər 

701

Cari işlərə sərf olunan vəsait

702

Siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər

703

İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər

704

Aşağı təşkilatlara ödənişlər

705

Kreditlər üzrə faizlər

706

Fərdi xərclər

707

Sair xərclər

708

Cəmi xərclər

8

Ümumi mənfəət (zərər)

80

Ümumi mənfəət (zərər) 

801

Ümumi mənfəət (zərər)

 

9. “Maliyyə vəziyyəti haqqında hesabat” üzrə maliyyə informasiyasının qruplaşdırılması

9.1. “Maliyyə vəziyyəti haqqında hesabat”da maliyyə informasiyası aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

9.1.1. uzunmüddətli aktivlər;

9.1.2. qısamüddətli aktivlər;

9.1.3. xalis aktivlər (kapital);

9.1.4. uzunmüddətli öhdəliklər;

9.1.5. qısamüddətli öhdəliklər.

 

10. Aktivlərin və öhdəliklərin təsnifləşdirilməsi

10.1. Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilir:

10.1.1. təşkilatın adi əməliyyat dövründə istifadə üçün saхlаnıldıqda və ya satılması ehtimal olunduqda;

10.1.2. əsasən alqı-satqı məqsədləri üçün saxlanıldıqda;

10.1.3. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində satılması ehtimal olunduqda; 

10.1.4. hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində mübadiləsinə və ya istifadəsinə məhdudiyyət qoyulmayan pul vəsaitləri və ya onun ekvivalentləri olduqda.

10.2. Bu Qaydaların 10.1-ci bəndində göstərilməyən hallarda, aktivlər uzunmüddətli aktiv kimi təsnifləşdirilməlidir.

10.3. Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəlik kimi təsnifləşdirilir:

10.3.1. təşkilatın adi əməliyyat dövründə öhdəliklərin yerinə yetirilməsi nəzərdə tutulduqda;

10.3.2. hesabat tarixindən sonra 12 (on iki) ay müddətində öhdəlik yerinə yetirildikdə;

10.3.3. təşkilat öhdəliyin yerinə yetirilməsini hesabat tarixindən sonra ən azı 12 (on iki) ay müddətində uzatmaq kimi müstəsna hüquqa malik olmadıqda.

10.4. Bu Qaydaların 10.3-cü bəndində göstərilməyən hallarda, öhdəliklər uzunmüddətli öhdəlik kimi təsnifləşdirilməlidir.

 

11. Hesablar Planına uyğun olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın hazırlanması və tərtibi

11.1. Uzunmüddətli aktivlər

11.1.1. Uzunmüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumi-ləşdirilmiş məlumatları əhatə edir:

11.1.1.1. qeyri-maddi aktivlər;

11.1.1.2. torpaq, tikili və avadanlıq;

11.1.1.3. daşınmaz əmlaka investisiyalar;

11.1.1.4. uzunmüddətli debitor borcları;

11.1.1.5. sair uzunmüddətli aktivlər.

11.1.2. “Qeyri-maddi aktivlər” maddəsinin “Qeyri-maddi aktivlər” və “Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Qeyri-maddi aktivlərin amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.3. “Torpaq, tikili və avadanlıq” maddəsinin “Torpaq, tikili və avadanlıqlar” və “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Torpaq, tikili və avadanlığın amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.4. “Daşınmaz əmlaka investisiyalar” maddəsinin “Daşınmaz əmlaka investisiyalar” və “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər” hesablarında əks etdirilən məbləğlərdən “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” hesabında uçota alınan məbləğlər çıxılmaqla, hesabat dövrünün əvvəlinə və sonuna təqdim edilən ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.5. “Uzunmüddətli debitor borcları” maddəsinin “Üzvlərin  uzunmüddətli debitor borcları”, “Transferlər üzrə uzunmüddətli debitor borcları”, “İcarə üzrə uzunmüddətli debitor borcları” və “Digər uzunmüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.6. “Sair uzunmüddətli aktivlər” maddəsində uzunmüddətli aktivlər kimi təsnifləşdirilən “Sair uzunmüddətli aktivlər” hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.1.7. “Cəmi uzunmüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2. Qısamüddətli aktivlər

11.2.1. Qısamüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumi-ləşdirilmiş məlumatları əhatə edir:

11.2.1.1. ehtiyatlar;

11.2.1.2. qısamüddətli debitor borcları;

11.2.1.3. pul vəsaitləri və onların ekvivalentləri;

11.2.1.4. sair qısamüddətli aktivlər.

11.2.2. “Ehtiyatlar” maddəsinin “Material ehtiyatları”, “Hesablanmış məsrəflər” və “Digər ehtiyatlar” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.3. “Qısamüddətli debitor borcları” maddəsinin “Alıcılar və sifarişçilər üzrə qısamüddətli debitor borcları”, “Üzvlərin qısamüddətli debitor borcları”, “Transferlər üzrə qısamüddətli debitor borcları”, “İcarə üzrə qısamüddətli debitor borcları” və “Digər qısamüddətli debitor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.4. “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsinin “Kassa”, “Bank hesablaşma hesabları” və “Pul vəsaitlərinin ekvivalentləri” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.5. “Sair qısamüddətli aktivlər” maddəsində qısamüddətli aktivlər kimi təsnifləşdirilən “Təhtəlhesab məbləğlər”, “Verilmiş qısamüddətli avanslar” və “Digər qısamüddətli aktivlər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.2.6. “Cəmi qısamüddətli aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.2.7. “Cəmi aktivlər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.3.  Xalis aktivlər (kapital)

11.3.1. Xalis aktivlər (kapital) aşağıdakı maddələr üzrə ümumi-ləşdirilmiş məlumatları əhatə edir:

11.3.1.1. ehtiyat fondu;

11.3.1.2. bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər.

11.3.2. “Ehtiyat fondu” maddəsinin “Yenidən qiymətləndirmə üzrə ehtiyat fondu”, “Məzənnə fərqləri üzrə ehtiyat fondu” və “Digər ehtiyat fondları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.3. “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” maddəsinin “Hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.3.4. “Cəmi xalis aktivlər (kapital)” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.4. Uzunmüddətli öhdəliklər

11.4.1. Uzunmüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumi-ləşdirilmiş məlumatları əhatə edir:

11.4.1.1.uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.4.1.2. uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

11.4.1.3. uzunmüddətli kreditor borcları;

11.4.1.4. sair uzunmüddətli öhdəliklər.

11.4.2. “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Uzunmüddətli bank kreditləri”, “İşçilər üçün uzunmüddətli bank kreditləri”,  “Uzunmüddətli borclar”, “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.3. “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Uzunmüddətli zəmanət öhdəlikləri”, “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.4. “Uzunmüddətli kreditor borclar” maddəsinin “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.5. “Sair uzunmüddətli öhdəliklər” maddəsində uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış uzunmüddətli avanslar” və “Digər uzunmüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.4.6. “Cəmi uzunmüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın müvafiq olaraq 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5. Qısamüddətli öhdəliklər

11.5.1. Qısamüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumi-ləşdirilmiş məlumatları əhatə edir:

11.5.1.1. qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;

11.5.1.2. qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

11.5.1.3. vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;

11.5.1.4. qısamüddətli kreditor borcları;

11.5.1.5. sair qısamüddətli öhdəliklər.

11.5.2. “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin “Qısamüddətli bank kreditləri”, “İşçilər üçün qısamüddətli bank kreditləri”, “Qısamüddətli borclar” və “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.3. “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin “Qısamüddətli zəmanət öhdəlikləri”, “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.4. “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” maddəsinin “Vergi öhdəlikləri”, “Sosial, sığorta və təminat üzrə öhdəliklər” və “Digər məcburi ödənişlər üzrə öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.5. “Qısamüddətli kreditor borcları” maddəsinin “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “İcarə ilə bağlı qısamüddətli kreditor borcları”, “Faizlər üzrə qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.6. “Sair qısamüddətli öhdəliklər” maddəsində qısamüddətli öhdəliklər kimi təsnifləşdirilən “Alınmış qısamüddətli avanslar” və “Digər qısamüddətli öhdəliklər” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

11.5.7. “Cəmi qısamüddətli öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.8. “Cəmi öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

11.5.9. ”Cəmi xalis aktivlər (kapital) və öhdəliklər” sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

 

12. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” üzrə maliyyə informasiyasının qruplaşdırılması

12.1. Təşkilat tərəfindən hesabat dövründə tanınmış bütün gəlir, xərc və mənfəət (zərər) haqqında maliyyə informasiyası “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da əks olunmaqla, aşağıdakı maliyyə elementləri üzrə qruplaşdırılır:

12.1.1. gəlirlər;

12.1.2. xərclər;

12.1.3. ümumi mənfəət (zərər).

 

13. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın Hesablar Planına uyğun hazırlanması və tərtib edilməsi

 

13.1. Gəlirlər

13.1.1. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

13.1.1.1. üzvlük haqları;

13.1.1.2. əmlakdan götürülən gəlir;

13.1.1.3. tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir;

13.1.1.4. ianələr şəklində götürülən gəlir;

13.1.1.5. seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;

13.1.1.6. aşağı təşkilatların ödənişləri;

13.1.1.7. dövlət büdcəsindən ayrılan vəsait;

13.1.1.8. hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;

13.1.1.9. digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ);

13.1.1.10. cəmi gəlirlər.

13.1.2. “Üzvlük haqları” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Üzvlük haqları” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında əks etdirilir.

13.1.3. “Əmlakdan götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Əmlakdan götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.4. “Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.5. “İanələr şəklində götürülən gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “İanələr şəklində götürülən gəlir” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.6. “Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.7. “Aşağı təşkilatların ödənişləri” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Aşağı təşkilatların ödənişləri” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.8. “Dövlət büdcəsindən ayrılan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Dövlət büdcəsindən ayrılan vəsait” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.9. “Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.10. “Digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Digər gəlirlər (o cümlədən  borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ)” hesabında uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.1.11. “Cəmi gəlirlər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə “Cəmi gəlirlər” hesabında uçota alınmış yuxarıda göstərilən gəlirlərin məbləğlərinin cəmi əks etdirilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın gəlirlər sətrinin 4-cü və 6-cı sütunlarında əks etdirilir.

13.2. Xərclər

13.2.1. “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:

13.2.1.1. cari işlərə sərf olunan vəsait;

13.2.1.2. siyasi partiyanın saxlanılmasına və informasiya təminatına çəkilən xərclər;

13.2.1.3. ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

13.2.1.4. aşağı təşkilatlara ödənclər;

13.2.1.5. kreditlər üzrə faizlər;

13.2.1.6. fərdi xərclər;

13.2.1.7. sair xərclər.

13.2.2. “Cari işlərə sərf olunan vəsait” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri üzrə xərc kimi hesablanmış məsrəflər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.3. ”Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri üzrə xərc kimi tanınmış  hesablanmış məsrəflər uçota alınır.  Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.4. “İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait üzrə xərclər  uçota alınır. Bu məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.5. “Aşağı təşkilatlara ödənclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə aşağı təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanılması ilə bağlı əldə edilmiş gəlirləri üzrə xərc kimi tanınmış məsrəflər uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.6. “Kreditlər üzrə faizlər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri ilə bağlı olmayan tanınmış  xərcləri  uçota alınır. Bu məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın kreditlər üzrə faizlər maddəsinin 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.7. “Fərdi xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirləri ilə bağlı olmayan ezamiyyə və nümayəndəlik  xərcləri  uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 3-cü və 5-ci sütunlarında göstərilir.

13.2.8. “Sair xərclər” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş gəlirlərlə bağlı olmayan xərc kimi tanınmış məbləğlər  uçota alınır. Bu məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın sair xərclər maddəsinin 3-cü və 5-ci sütunlarında göstərilir.

13.3. Ümumi mənfəət (zərər) 

13.3.1. “Ümumi mənfəət (zərər)” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əldə edilmiş cəmi gəlirlərindən cəmi xərcləri çıxılmaqla, ümumi mənfəətin (zərərin) məbləği eyniadlı maddə üzrə “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda ümumiləşdirilir.

13.3.2. “Ümumi mənfəət (zərər)” sətri üzrə məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

 

14. Təşkilatın “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”inin məzmunu

14.1. Təşkilatın maliyyə hesabatlarına əlavə edilən “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da təqdim edilən maliyyə informasiyaları açıqlanır.

14.2. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar göstərilir:

14.2.1. təşkilatın hüquqi ünvanı və hüquqi forması;

14.2.2. təşkilatın əməliyyatlarının və fəaliyyətinin əsas növlərinin təsviri;

14.2.3. qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları;

14.2.4.  hesabat dövrü ərzində işçilərin orta sayı.

14.3. Hesabat dövrü ərzində maliyyə hesabatlarının tərtib olunması zamanı “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in quruluşu “Əhəmiyyətli uçot siyasəti” və  “İzahlı qeydlər” kimi qruplaşdırılır.

 

15. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”in hazırlanması

15.1. Мaliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi təqdim edilir. Təşkilatın təqdim etdiyi “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də aşağıdakılar əks etdirilməlidir:

15.1.1. maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmənin əsasları (maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklərin kateqoriyası göstərilir);

15.1.2. maliyyə hesabatlarına görə məsul şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarlar;

15.1.3. “Maliyyə vəziyyəti haqqında hesabat” və “Maliyyə fəaliy-yətinin nəticələri haqqında hesabat”ın hər bir maddəsinin təqdim edilməsinə əhəmiyyətli təsir göstərən əlavə informasiyalar.

15.2. Maliyyə hesabatlarındakı məlumatların təfərrüatı ilə açıqlan-ması göstərilən bu hesabatlarda maddələrin xarakterindən, funksiyasından və məbləğlərinin həcmindən asılıdır.

15.3. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə vəziyyəti haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada aktivlər, xalis aktivlər (kapital) və öhdəliklər çərçivəsində onların xüsusiyyətləri və məqsədi təsvir edilməklə açıqlanmalıdır.

15.4. “Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər”də maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı təqdim edilməli olan informasiyada gəlir və xərc maddələrinin xüsusiyyətləri və məbləğləri təsvir edilməklə açıqlanmalıdır.