"AzMühasib-Xidmət" -
əhaliyə, idarə və müəssisələrə göstərilmiş kommunal
xidmətlərinin (su, elektrik enerjisi, qaz satışı) uçotunun
təşkili üçün yaradılmışdır.
Satılmış xidmətin həcmi hər bir müştəri üçün
quraşdırılmış sayğacın göstəricisinə əsasən aparılır. Sayğacı
almayan müştərilərin borcları təsdiq olunmuş normalar (aylıq
tariflər) əsasında hesablanır.
Müştərilər tərəfindən inkassatorlara xüsusi nömrələnmiş
mədaxil qəbzləri əsasında ödənilən pullar kompüterdə
proqramın kassa (bank) modulunda işlənir və avtomatik olaraq borcların
bağlanmasına yönəlir.
Mədaxil və məxaric olunan pullar kassa (bank) hesabatlarında hərəkət və
qalıq formasında əks olunur.
Proqramda inkassatorlar tərəfindən istifadə olunmuş və ya olunmamış
qəbzlərə nəzarət etmək və inkassatorlar tərəfindən toplanmış pulların
ayrı-ayrılıqda məbləğini hesablamaq imkanı var.
Mühasibatlıqda müvafiq yazılışların aparılması
üçün kassa və bank hesabatları ilə yanaşı, ƏDV-nin
məbləği haqqında məlumatlar almaq mümkündür.
Proqramın interfeysi Azərbaycan və Rus dillərindədir.
Hesabat formalarını Excel proqramına eksport etmək imkanı var.
Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında
lokal şəbəkədə işləyir.
Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və
kompüterdə iş təcrübəsi az olan iştifadəçilər
tərəfindən asanlıqla mənimsənilməsinə zəmanət verilir.
Proqramı işlətmək üçün mühasibatlıq biliyi tələb
olunmur. Müəyyən qədər kompüter təcrübəsi və
müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı
çox qısa bir müddətdə tətbiq edə bilər