Axtar

Sayğac



Partnyorlar





Ticarət » Proqram Təminatı
"AzMühasib - Ticarət" - idarə, müəssisə və təşkilatların anbarlarında, topdansatış və pərakəndə ticarət şəbəkələrində mal-material və pul vəsaitləri uçotunun avtomatlaşdırılması, müştəri borclarına operativ nəzarət edilməsi, həmçinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında geniş hesabat materiallarının əldə edilməsi məqsədilə yaradılmışdır.

Proqramın interfeysi Azərbaycan və Rus dillərindədir.

Hesabat formalarını Excel proqramına eksport etmək imkanı var.

Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında lokal şəbəkədə işləyir.



Proqramda istənilən sayda obyektdə (anbar, mağaza, sex və s.) malların uçotunu, bir obyektdən digərinə yerdəyişmə əməliyyatlarını, həmçinin istehsal prosesini yerinə yetirmək mümkündür. Alınmış və yaxud satılmış malların geri qaytarılması imkanı vardır.

Malların mədaxili və məxarici istənilən valyutada aparıla bilər. Hər bir valyuta üzrə kursun xronologiyası gündəlik işlənilir.

Proqramda istənilən sayda kassa və bank hesablarını qeydiyyata almaq mümkündür. Hər bir kassa və ya bank hesabı üzrə müxtəlif valyutalarda uçot aparılır.

Mal və pul əməliyyatlarının nəticəsi müştərilərinin borc jurnallarında müvafiq qaydada öz əksini tapır. Əməliyyatların müxtəlif valyutalarda aparılmasına baxmayaraq, proqram hər bir müştəri üzrə borcları onun üçün təstiq olunmuş valyutaya əsasən, müvafiq valyuta kursları üzrə nizamlayır. Proqramda malıgöndərənlər və alıcılar üzrə vaxtı keçmiş borclara nəzarət etmək mümkündür.

Mal alışı və mal satışını sifarişlər üzrə reallaşdırmaq imkanı vardır. Geniş şəbəkə sistemində qurulmuş proqram vəzifə bölgüsünə uyğun olaraq, sifarişlərin satıcılar tərəfindən tərtibatına və malların maddi-məsul şəxslər tərəfindən buraxılmasını təsdiq etməyə imkan verir.

Proqramda müəssisənin kommersiya fəaliyyətinin nəticələri haqqında müxtəlif hesabat formaları mövcuddur:
Alış və satış sifarişlərinin yerinə yetirilməsi haqqında məlumatlar
Malların mədaxili və məxarici haqqında hesabatlar
Malların hərəkəti və qalığı haqqında cədvəllər
Malların anbarlar arasında yerləşdirilməsi haqqında hesabat
Malların müxtəlif xüsusiyyətləri haqqında analitik hesabatlar
Borcların müştərilər üzrə ümumi hesabatı
Hər bir müştəri üzrə borcların açılışı (sənədlər və mallar səviyyəsində)
Vaxtı keçmiş borclara nəzarət
Kassalarda və banklarda pul vəsaitinin ümumi dövriyyəsi
Hər bir kassa və ya bank üzrə analitik hesabatlar
Satışdan əldə olunan gəlir və zərər haqqında analitik hesabatlar
Müştərilər və satıcılar üzrə satışın rentabelliyi haqqında hesabatlar
Müəssisənin mənfəəti və yekun balansı


"AzMühasib-Ticarət" istifadədə sadə, imkanlarda geniş bir proqramdır. Proqramın tətbiqi üçün mühasibatlıq biliyi tələb olunmur. Kompüterdə müəyyən qədər iş təcrübəsi olan və müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı çox qısa bir müddətdə tətbiq edə bilər.

Blok Sxem