"AzMuhasib-İstehsalat" -
İstehsalatda xammal və material sərfinə, hazır məhsulun istehsalına və
satışına, qarşılıqlı borclara nəzarət edilməsi üçün
avtomatlaşdırılmış sistemdir.
Proqramın interfeysi azərbaycan və rus dilindədir
Hesabat proqramlarını Excel proqramına eksport etmək imkanı var.
Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında
işləyir.
Proqramın tətbiqi istehsal prosesi ilə əlaqədar olaraq anbardan,
sexdən, mətbəxdən və digər obyektlərdən buraxılmış (satılmış) malların
və ya hazır məhsulların uçotunun aparılmasına, mal və pul
qalığına, müştərilərlə yaranmış qarşılıqlı borclara operativ
nəzarət edilməsinə geniş imkan yaradır.
İstehsalatda (mətbəxdə, sexdə) hər növ hazır məhsul istehsalı
üçün normalar (resepturalar) hazırlanır və nəticədə
xammalın silinməsi avtomatik yerinə yetirilir.
Xammalın və ya hazır məhsulun obyektlər arasında yerləşdirilməsi
mümkündür.
Proqramın kassa modulunda mədaxil və məxaric orderləri işlənilir və hər
bir müştəri üzrə borc jurnalında və yaxud xərclər hesabında
müvafiq qaydada öz əksini tapır.
Mədaxil və məxaric olunan məbləğlər kassa və bank hesabatlarında
hərəkət və qalıq cədvəllərində əks olunur.
Proqramda satışın nəticəsi, gəlir və ya zərərlər haqqında ətraflı
məlumatlar almaq mümkündür.
Proqramın tətbiqi üçün mühasibatlıq biliyi tələb
olunmur. Kompüterdə müəyyən qədər iş təcrübəsi olan və
müəssisənin iş strukturunu dərindən bilən istənilən şəxs bu
proqramı qısa bir müddətdə tətbiq edə bilər.