"AzMuhasib" proqramının tətbiqi xüsusiyyətləri, proqramın tədrisinə dair online dərslik hazırlanmışdır. Online tədrisə daxil ol
Azmuhasib
azmuhasib.com saytı Azərbaycanda fəaliyyət göstərən "Araz Computer" firmasının "Proqram təminatı" şöbəsi tərəfindən hazırlanmışdır.
Saytın hazırlanmasında məqsəd, Azərbaycanda ilk dəfə yaradılmış və yerli qanunverciliyin tələblərinə cavab verən "AzMuhasib" mühasibat uçotu proqramı, istehsalat, kommersiya, xidmət və digər sahələrdə tətbiq oluna bilən digər informasiya sistemləri haqqında ətraflı məlumatlar verməkdir
Saytda kommersiya proqramları və onların satışı haqqında verlimiş məlumatlarla yanaşı, mütəxəssislərin gündəlik iş fəaliyyətində zəruri olan müxtəlif ödənişsiz (free) proqramlar da təqdim olunur.
Bu proqramlarla hal-hazırda işləyən mütəxəssislərə yardım məqsədilə, saytın "Tədris" bölməsində tövsiyyələr verilir və hər bir proqram üçün "Köməkçi" fayl təqdim olunur.
Proqramlarla tanış olmaq üçün firmada demoversiya baxışı təşkil olunur.
Proqramla işləyən mütəxəssislərə daha yaxından yardım göstərmək məqsədilə "Araz Computer" firmasının nəzdində kurslar fəaliyyət göstərir. Proqram təminatı əldə etmiş şəxslər üçün tədris ödənişsizdir. İş prosesində yaranmış suallara cavab tapmaq üçün əlaqə telefonları vasitəsilə ödənişsiz məsləhətlər almaq olar.
Proqramın interyefsi də çox sadədir. Bəzi skrinşotları sizə təqdim edirik: